Bu gün Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək
APA-nın məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.
Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.
Turnirdəki təmsilçilərimizdən “İnter” üçün “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın “Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.
İlkin mərhələdən azad olan “Qəbələ” isə diqqətini “Dinamo” (Batumi, Gürcüstan) - “Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə “Qəbələ”nin önünə çıxacaq.
Avropa Liqasındakı digər təmsilçimiz “Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın “Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
21:00. “Zirə” (Azərbaycan) - “Differdanj” (Lüksemburq)
22:30. “Mladost” (Serbiya) - “İnter” (Azərbaycan)
MilliYol.Az
Digər xəbərlər
loading...