Qətər Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurası ilə bütün layihələri dayandıra bilər
Trend-in məlumatına görə, belə qərarın Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin Qətərə qarşı əsassız ittihamlarla çıxış etməsi ilə əlaqədar qəbul edildiyi bildirilir.
Yerli KİV-lər yazır ki, Qətər Türkiyə ilə birgə layihələrdə daha çox maraqlıdır. Tikinti, tibb və əczaçılıq kimi sahələr türk investorları cəlb edə bilər. Həmçinin Türkiyə və Qətər arasında azad iqtisadi zonanın yaradılması gözlənilir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...