Kulis.az Adonisin şeirlərini təqdim edir
Qara xizəyə tutulan ayna
üzüm gəmidir mənim bədənim bir ada dedin
və bu istək içində əzalarım
dedin köksün bir dalğadır
köksüm altında dalğa-dalğa yayılan gecə
günəş köhnə həbsxanam
günəş yeni hücrəm mənim
ölüm şənlik və nəğmədir
duydunmu səsimi? bu gecədən fərqliyəm mən
başqa biriyəm bu işıqlı yumşaq yataqda
bədənin örtükdür qanımla tikdiyim qumaş
yolumu itirmişəm şaşqın dolanıb dururam
bədənimdə
küləkləri yarpaqlara verdim mən
ardımda buraxıb kipriklərimi
hirslə dəli kimi suallar soraraq
göylərlə oynadım
öyrənmək üçün geyəcəklərim içində
yol göstərən məhək daşı
tanıdınmı məni? yorğanımdır bədənim
ölüm bir şərqi kimi və tamı dəftərlərimin
mürəkkəbli məzar mənə yan otağım
qədərin yollara ayırdığı göyləri yaşıl
bu dünya xəritəsi
ağrıları və acıları çəkən qara xizək
gələrmisən arxamca? bədənim səmamdır mənim
aldım bütün keçidlərini kosmosun sonunacan
ardıma yazdım kipriklərimi
əski bir bütə aparan yoldur o
gələrmisən ardımca? canım yolumdur mənim.
Mən sənin yerinə ağlayacağam
Məni tərk edib getdiyin zaman
Sanma ki qal deyə yalvaracağam
Mən sənin yerinə ağlayacağam
Eşqimizin sonsuz olması üçün
Adını dağlara hayqıracağam
Nəmli gözlərini görməmək üçün
Mən sənin yerinə ağlayacağam
Söyləyin dostlar
ölmək istədim, olmadı
yaşamaq istədim
nəyə yarayası
söyləyin, dostlar
yaşamağın nə anlamı var?
sevmək istədim
sevdim
sevilmək istədim
sevilmədim
söyləyin dostlar
yaşamağın nə anlamı var
ölmək olmadı
sevmək olmadı
sevilmək olmadı
söyləyin mənə dostlar
yaşamağın səbəbini
Heçliyin şeytani nəğməsi
(Bir parça)
Uşaqlığını xəyal torpağına
Əkən qadınlar vardı
Biçini allaha buraxardı
Aralarında bəzisi vardı
Axşam ölüb səhər dirilərlərdi
Kimiləri müdrik səbriylə
Məhəbbətin ahını yazardı
Kimiləri boynundakı boyunduruğu
Kürk sanıb qoşardı…
Adı eşqdi
birdən
“bitdi” səsi eşidildi
qarışdı ortalıq
sevgisizlikdən qapandı gecə
bir aşiq yerə yıxıldı
qırmızılara boyandı səssizlik
qaralar yığıldı başına
sarı səhifələr örtüldü üzünə
ağlayan bir körpə vardı başı üstdə
adı eşqdi
küçənin ortasında qalmışdı.
Çöl
Mühasirə altında Beyrut gündəliyi, 1982
Şəhərlər bölünmüş
Bildiyim bütün yönlərdə toz dumanı
Yalnız şeirə açılır bu torpağın sancıları
***
Evinə gedən yol qalmadı – mühasirə,
Bulvarlar artıq məzarlıqdır;
Göy üzündə dayanılmaz bir ay
Evinin üzərinə
Çökmüş bir toz dumanı çatılmış qaşlarıyla.
***
Dedim bu yol evimizə gedir. Dedi: Xeyir.
Keçə bilməzsən. Və mənə mərmilər cavab verdi.
Olsun. Bütün küçələrdə
Evlərim və dostlarım var mənim.
***
Yollar dolusu qan
Bir uşaq
Dostlarına pıçıldayır:
“Yalnız ulduz deyilən dəliklər
Qaldı göy üzündə”
***
Şəhərin səsi yumşaq
Şəhərin üzü parlaq
Gecəyə yuxusunu danışan
Və yerini səhərə verən
Kiçik bir uşaq kimi
***
Ayaqlarında corabı buludlar:
Birinin başı yoxdu
Birinin dili ya da əlləri
Biri iplə boğulmuş
Qalanlarının nə şəkli var, nə adı
Dəlimi oldunuz? Lütfən
Belə şeylər yazmayın
***
Bir kitabın səhifəsində
Bombalar özlərini görürlər
Təxminlər və antik hikmətlər də
Görürlər özlərini
Divarlardakı oyuqlarda
Sözcüklərin naxış ipliyi
Xatirələrin iynəsinə doğru
Şəhərin üzünü yalayıb keçər.
***
Qatil
Hava boşluğunda
Şəhərin yarasında üzür –
Yara bir ölümdür
Adıyla sarsıdır hər yanı
Qanayan adıyla
Hər şey çevrəmizi
Evlər divarlarını tərk edir
Mən necə tərk edim tərk etmədən özümü?
***
Bəlkə bir zaman gələcək və sənin
Yaşamana izn veriləcək
Sağır və dilsiz və bəlkə
Qımıldamana izn veriləcək
Həyat və dirilik
Sənə salam olsun.
Sülh
çölün tənhalığında irəliləyən üzlərə
od və atəş geyinmiş Şərqə
dənizin yuduğu torpağa
və onun sevdasına sülh
yağışlarını Vverdi mənə baş gicəlləndirən çılpaqlığın
özünü mənə tanıdır ildırım
mənim bağrımda gəlişdi zaman
bax gördünmü Şərqin parıltısı qanım
su çəkər kimi çək məni və yox ol
yetir məni yanğısı və şimşəyi var olan yerə
su çəkər kimi çək məni bədənimlə bürün
başarı atəşim və ulduzlar
ilk yaramdır mənim
hecalayıram
bir ulduzu hecalayıram rəsmini çəkərək
qaçqındır yurdumda yurdum
hecalayıram onun çəkdiyi ulduzu
məğlub günlərin ayaq izlərində
ey sözün külü
gecədə bir doğuşu yenə varmı tariximin?
MilliYol.Az
Digər xəbərlər
loading...