İŞİD terror qruplaşmasının İraqın şimalındakı Salah-əd-Din vilayətinə hücumu zamanı 3 mülki sakin həlak olub
Bu barədə "Sinxua" agentliyi xəbər verib.
Təhlükəsizlik qüvvələrindəki mənbənin agentliyə verdiyi məlumata görə, ölkənin qərbində, paytaxt Bağdaddan 200 kilometr məsafədəki Bayci şəhərində terrorçularla baş vermiş silahlı qarşıdurmada bir hərbçi həlak olub. Qeyd olunur ki, güc strukturları 3 silahlını zərərsizləşdirib.
Bundan əlavə, agentliyin məlumatına görə, terrorçular tərəfindən minaatanlardan açılan atəş nəticəsində Şərhat şəhərində 3 dinc sakin həlak olub.(“Report”)
MilliYol.Az
Digər xəbərlər
loading...