Trampla Putinə müraciət edildi
MilliYol.AZ AzPolitika.info-ya istinadla xəbər verir ki, Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşinger və üç ekspert Rusiya Prezidenti Vladimir Putinə və Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampa açıq məktub ünvanlayıb. Məktubda «birlikdə işləyin ki, nüvə fəlakətindən qaçmaq mümkün olsun» məzmunlu çağırış əks olunub. Məktubun mətni konfransın saytında dərc olunub.
Müraciət müəllifləri hesab edirlər ki, Rusiya və ABŞ arasında münasibətlərin səviyyəsi ən aşağı nöqtəyə düşüb. Odur ki, tərəflər yaranmış vəziyyətdən çıxmaq üçün «Böyük iyirmilər»in qarşıdan gələn görüşü çərçivəsində müvafiq səylər göstərməlidirlər.
«Rusiya və Qərb arasında uçurum soyuq müharibə dövründəkindən daha geniş olub… Aralarındakı əhəmiyyətli fərqə baxmayaraq, ABŞ, Rusiya və Avropa vacib ümumi maraqlar istiqamətində birlikdə işləyə bilərlər və işləməlidirlər. Onların arasında başlıcası – nüvə və digər hərbi münaqişələr, o cümlədən, faciəvi terror hücumlardır» – deyə, məktubda qeyd olunur.
Nüvə münaqişəsinin aşağı salınması yolunda ilk addıfm kimi müəlliflər Putin və Trampa G20 sammitində «nüvə müharibəsində qalib gəlmək mümkün deyil və bu müharibə heç vaxt başlamalı deyil» səciyyəli birgə bəyannamə imzalamağı təklif edirlər.
Ekspertlər həm də birgə «Hərbi antiböhran qrupu» yaratmağı təklif edirlər. Bu qrupa Rusiya və NATO nümayəndələri daxil olmalıdır. Belə təşkilat hərbi sahədə ikitərəfli təmasları yenidən işə salmağa kömək edəcək ki, bu da «Soyuq müharibə»nin təkrarlanmasından qaçmağa kömək olacaq.
İşingerdən əlavə, məktubu Britaniyanın sabiq müdafiə naziri Des Braun, Rusiyanın sabiq xarici işlər naziri İqor İvanov və keçmiş ABŞ senatoru Sem Nann imzalayıblar.
G20 sammiti iyulun 7-8 tarixlərində Hamburqda keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...