İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni yenidən gündəmə gəlib. MilliYol.Az xəbər verir ki, sabiq hökumət rəhbəri bu dəfə Donald Trampla bağlı qalmaqallı açıqlama verib.
Berlusuoni "La7" kanalının qonağı olub və ABŞ prezidentinin həyat yoldaşı Melania Trampdan xoşunun gəldiyini bildirib. Aparıcının "Bir çoxları Trampı "Amerikan Silvio Berluskoni" adlandırır. Bu sizi xoşbəxt edirmi" sualına cavab verən Berluskoninin cavabı belə olub: "Bir çox kişi və qadın kimi mənim də Trampın nəyindən xoşum gəlir deyim: Melania. Gözəlliyi, tərzi və cazibədarlığı səbəbindən ondan xoşum gəlir".
Melania Trampla şəxsən tanış olmadığını bildirən Berluskoni "Amma haqqında çox gözəl şeylər eşitmişəm" deyib.
Berluskoni may ayında Fransanın yeni prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı da qalmaqallı sözlər səsləndirmişdi. Birinci xanımın prezidentdən yaşca böyük olmasına işarə vuran sabiq baş nazir "Makron gənc bir uşaqdır, amma böyük təcrübəsi var. Daha da önəmlisi uşaqlığından bəri qolundan tutan gözəl bir anası var" demişdi.
Berluskoni ABŞ-ın sabiq prezidenti Barak Obamaya "Gənc, yaraşıqlı və bürünc rəngli", Avropa Parlamentinin alman rəhbəri Martin Şkulza "Faşist düşərgəsinin nəzarətçisi" demişdi. O, həmçinin gənc vəgözəl qızlarla münasibəti səbəbindən tənqid olunması ilə suala "Gözəl qızlara düşgün olmaq homoseksual olmaqdan yaxşıdır" cavabını vermişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...