Türkiyə Suriya sərhədinə qoşun yığır.
MilliYol.Az yerli mətbuata istinadən xəbər verir ki, Ankara terror hücumlarını önləmək üçün Suriyadakı PKK və YPQ-nin nəzarət etdiyi ərazilərə hücum edəcək.
Məlumatda deyilir ki, Türkiyə - Suriya sərhədinə tanklar və müxtəlif zirehli tehnika gətirilir. Əməliyyatda Türkiyə silahlı qüvvələrinin xüsusi təyinatlıları da cəlb ediləcək.
Türkiyə ordusuna yaxın qaynaqlar hesab edir ki, kürd yaraqlıların İŞİD-dən aldığı Tel Rifat və Mining Hava hərbi bazası strateji əhəmiyyət daşıyır və bütün bölgə üçün böyük təhdiddir.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə rəsmiləri son günlər açıqlamalarında Suriyada kürd silahlı dəstələrinin Ankaranın maraqlarına zidd hərəkət etdiklərini bildirirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...