Bir müddət öncə iş xanımı, “Lombard” sahibi Məlahət Qurbanova ona deputatlardan birinin də adının hallandığı külli miqdarda borcla bağlı açıqlama vermişdi
“Hələ heç nə həll olunmayıb, bir dəyişiklik yoxdur” deyən biznesmen xanım qeyd etmişdi ki, yaxın günlərdə bir yenilik olmasa, bu barədə mətbuata sənədlər təqdim edəcək. Artıq bu barədə ilkin siqnallar görünür. Belə ki, iş xanımının vəkili məsələ ilə bağlı yeni açıqlamalar verib.
O , bildirib ki, uzun müddətdən bəri Məlahət Qurbanovanın 200 min manata yaxın pulu verilmir:
“İllər öncə pulu millət vəkili Rafael Cəbrayılovun dostu və tikinti biznesində ortağı olan Mirəhməd Abbasov millət vəkilinin adı ilə alıb. Uzun müddət iş xanımından götürülən borc qaytarılmadı. Məlahət xanım mətbuat vasitəsi ilə şikayət etdikdən sonra Rafael Cəbrayılovun özü gəldi və 6 aya pulu qaytaracağını dedi. Şikayətlərimizi geri götürməyi xahiş etdi. Məlahət xanım da deputat nişanı daşıyan bu şəxsə inandığından sözünü yerə salmadı. Eyni zamanda rəsmi müqavilə bağlandı. Artıq müqavilədə yazılan son tarixin üzərindən də aylar keçib. Fəqət hələ də “bu gün-sabah” deyə-deyə, aldatmağa davam edirlər. Əvvəl Mirəhməd Abbasov “Rafael Cəbrayılov vermir” dedikdə, onun deputat haqqında düzgün informasiya verməməsini düşünürdük. Ancaq son bir ildə müvəkkilimizin yaşadıqları onu deməyə əsas verir ki, bu müddət ərzində Məlahət xanımı “bu gün-sabah, uzağı gələn həftə” deyə-deyə get-gələ salan Cəbrayılov o vaxt da öz ortağını da bu şəkildə gözlədirmiş. Sözün düzü, müvəkkilimiz iflas həddindədir. Bank pulunu istəyir, M.Qurbanova isə artıq neçənci ildir ki, bu borcun faizini cibindən ödəyir. İşlər sıfır həddindədir və Məlahət xanım başqalarından borc alaraq, məhv edilmiş pulunun faizini ödəyir ki, bankın neqativ müştərilər siyahısına düşməsin”.
Vəkil qeyd etdi ki, yaxın günlərdə bu məsələ ilə bağlı hüquqi addım atmaq niyyətindədirlər:
“Biz nə qədər güzəşt edirik, səbr sahibi oluruq, hər keçən gün vəziyyətimiz daha da ağırlaşır. Cənab Prezident məmurları iş adamlarına dəstək olmağa çağırır. Özünü Prezidentimizin əsgəri adlandıranlar isə onurğa sütunumuzu qırmaqla məşğuldurlar. Onun üçün bizim hüquqlarımızı qanuna müvafiq şəkildə qorumaq üçün mübarizə aparmaqdan başqa yolumuz qalmır”.(yenicag.az)
MilliYol.Az
Digər xəbərlər
loading...