"Atəşkəsin pozulması və itkilərin olması bir daha status-kvonun davamsız olduğunun göstəricisidir"
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
M. Mard xatırladıb ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Avropa İttifaqı bəyanatla çıxış edib: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlinə dair ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini, həmçinin onların regiona səfərlərinin yekunlarına dair bəyanatlarını dəstəkləyirik. Brusel bu məsələni yaxından izləyir. Avropa İttifaqının xüsusi nümayəndəsi cənab Zalber də regiona tez-tez səfər edir və prosesləri yaxından izləyir”.
MilliYol.Az
Digər xəbərlər
loading...