Bir müddət əvvəl 400 minlik toyu ilə gündəmə gələn Aysel Şükürova İnstaqram səhifəsində aparıcılıq edəcəyi haqda status yazıb
Axşam.az-ın məlumatına görə, Aysel bildirib ki, bu onun çoxdankı arzusu olub:
“Qızlar, çalışın həyatda məqsədiniz olsun. Çünki əvvəllər öz-özümə deyirdim ki, görəsən nə vaxtsa arzum gerçəkləşəcək? Elə də oldu. Gerçəkləşdi. Bir daha əmin oldum ki, niyyətin hara, mənzilin ora. Bu söz boşuna deyilməyib. Həmişə istəmişəm ki, incəsənətlə bağlı bir şey edim. Amma bəzi səbəblərdən alınmırdı. 2013-cü ildən bloqqerlik edirəm. Onda məni 4000 xanım izləyirdi. Sonra səhifəmi bağladım. Bir müddət sonra açdım və yalnız dostlarım üçün etdim. Amma elə oldu ki, səhifəni indi minlərlə xanım izləyir. Mənə başqa ölkələrdən də yazırlar.
Artıq telekanalda aparıcı kimi özümü sınayacam. Bloqqer kimi çalışdığım müddətdə sizə kömək olduğuma inanıram. Daha böyük planlarım var, İnşallah, bilirəm ki, o da olacaq".
A.Şükürovanın "Lider" telekanalında aparıcı kimi çalışacağı xəbəri yayılıb.
“Lider” telekanalının direktor müavini Lamiyyə Ələkbərqızı məsələyə münasibət bildirib. O, əməkdaşımızla söhbətində deyib ki, belə bir hadisədən xəbərsizdirlər:
“Mən “Lider” telekanalının direktor müavini olaraq belə bir haldan xəbərsizəm. Heç telekanalımızın rəhbərinin də bu haqda məlumatı yoxdur. Bir çox prodakşnlarla danışıqlar aparır, layihələrlə bağlı planlar qururuq. Hansısa bir prodakşn bizə təklif gətirəndə onun aparıcısı haqda məlumat alırıq. Aparıcı bizim kanalın formatına uyğun olmalıdır. Bizə Aysel adlı xanımla bağlı təklif gəlməyib”.
L.Ələkbərqızı "Bəs təklif gəlsə, cavabınız nə olar" sualına belə reaksiya verib:
“Bunu sonra düşünəcəyik. Amma biz aparıcı seçəndə onun incəsənət sahəsindən olmasına, incəsənəti bitirməsinə, danışıq qabiliyyətinə, savadına, məktəb keçməsinə, səs tembrinə fikir veririk. Aparıcılarımız tanınmış olmalıdırlar”.
Qeyd edək ki,Oqtay adlı bəylə ailə quran Aysel Şükürova Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızıdr. Onun 400 minlik toyla gündəmə gəlməsi atasının işinə də bir çox problemlər yaratmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...