Azərbaycan prezidenti İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
MilliYol.Az AzərTAc-a istinadən bildirir ki, dəyişikliklərə əsasən 1-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilib: “Dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır”.
21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi isə aşağıdakı redaksiyada verilib: “Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər”.
24-cü maddənin ikinci hissəsi də dəyişdirilib və aşağıdakı redaksiyada verilib: “Vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir”.
MilliYol.Az
Digər xəbərlər
loading...