Prezident İlham Əliyev iyunun 21-də Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib
MilliYol.Az xəbər verir ki, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə prezidentə məlumat verib.
MilliYol.Az
Digər xəbərlər
loading...