Səudiyyə Ərəbistanının dəniz qüvvələrinin həbs etdiyi 3 SEPAH-çının ölkənin “Mərcan” neft təsisatlarında partlayış törətməyə hazırlaşdığı bildirilib
Bu barədə Səudiyyə Krallığının Mədəniyyət və Media Nazirliyinin beynəlxalq əlaqələr mərkəzi məlumat yayıb.
Nazirliyin baş vermiş olayla bağlı yaydığı bəyanatında deyilir:
“Mərcan” neft təsisatında təxribat və partlayış törətməyə cəhd göstərən SEPAH qayıqlarından ikisi hadisə yerindən qaçıb məntəqəni tərk etməyə müvəffəq olsa da, dənizçilərimiz üzərində ağ və qırmızı bayraqlar olan İranın 3-cü qayığını ələ keçirə biliblər. Nəticədə 3 SEPAH-çı tutulub və onların qayığında çoxlu partlayıcı maddə və silah aşkarlanaraq götürülüb. Cinayət başında yaxalanan SEPAH-çılar hazırda Səudiyyə Krallığının təhlükəsizlik orqanları tərəfindən dindirilir”.
Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı “Mərcan” neft regionuna katerlə yaxınlaşan İranın 3 hərbçisinin saxlanıldığını açıqlayıb.
Tehran isə xəbəri təkzib edib və saxlanılanların iranlı balıqçılar olduğunu açıqlayıb/Axar.az.
MilliYol.Az
Digər xəbərlər
loading...