Bakı Şəhər Halqası üçün "Formula-1" yarışlarının aprel ayında keçirilməsi ilə bağlı heç bir problem yoxdur
MilliYol.Az xəbər verirki, bunu AzVision.az-a açıqlmasnda Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.
“Bu, hələlik ilkin variantdır. Dəyişikliklərin olacağını istisna etmirəm. Bakı Şəhər Halqası üçün yarışların aprel ayında keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Yarışların istənilən mövsüm keçirilməsi üçün hər bir şərait var. BŞH olaraq yarışların başqa vaxta keçirilməsi ilə bağlı Beynəlxalq Avtomobil Federasiyasına (FİA) müraciət etməyi düşünmürük”, - deyə BŞH rəsmisi qeyd edib.
Qeyd edək ki, daha əvvəl Beynəlxalq Avtomobil Federasiyası növbəti yarış ili üçün ilkin cədvəli açıqlayıb. Bundan öncəki mövsümdən fərqli olaraq 2018-ci ildə Azərbaycan Qran-Prisinin aprel ayının 29-də keçirilməsi nəzərdə tutulub. Rusiyada keçiriləcək Soçi Qran-Prisinin də vaxtı dəyişdirilərək, senytabrın 30-a təyin edilib.
Qeyd edək ki, "Formula-1" yarışları ötən il ölkəmizdə iyun ayında keçirilib. Bu il Azərbaycan Qran-Prisi iyunun 23-də start götürəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...