"Express" qəzeti yazır ki, Almaniya kansleri, zəhmli Angela Merkelin, nəhayət britaniyalılara ürəyi yumşalıb
London və Brüssel arasında Britaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqların ilk günündə Almaniya başçısı deyib ki, "britaniyalıların arzu və gözləntilərinə diqqət və qayğı ilə yanaşmaq lazımdır".
Xanım Merkel Britaniyada keçirilmiş Avropa referendumundan sonra Londona qarşı ən sərt mövqe tutan ölkə başıçısı kimi tanınırdı.
Bu ilin əvvəllərində Angela Merkel demişdi ki, Avropa bundan sonra Birləşmiş Ştatlar və Britaniyaya güvənə bilməz və öz taleyini öz əlinə almalıdır.
Lakin bazar ertəsi 62 yaşlı kansler Rumıniya prezidenti Klaus Iohannis-lə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Avropa İttifaqının 27 üzvü onun sıralarını tərk edən Britaniyaya diqqətlə qulaq asmalıdır.
O bildirib ki, Britaniya ilə yaxşı danışıqlar və yaxşı saziş Avropanın da xeyrinədir. Bununla belə xanım Merkel məsələnin xırdalıqlarına varmayıb.
Merkel deyib ki, o bütün tərəflər üçün sərfəli sazişin əldə olunmasını istəyir.
Bu arada Aİ-nin başqa üzv ölkələri də baş nazir Theresa May-ə "yumşaq boşanma" üçün imkan verilməsinə tərəfdar çıxıblar.
Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, Avropa, Londona Avropa Məhkəməsinin yurisdiksiyasından çıxış verilməsi də daxil bir sıra ciddi kompromislərə hazırdır.
O deyib ki, "yumşaq Brexit-ə" hələ də ümid var.
Bazar ertəsi Britaniyanın Brexit naziri David Davis və Avropa rəsmisi Michel Barnier arasında danışıqlar başalanıb (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...