Xəbər verildiyi kimi, bu il 22-24 iyun tarixində Heydər Əliyev adına Sarayda "Eurovizion" musiqi yarışmasına rəqib olan "Youthvision" mahnı müsabiqəsi keçiriləcək.
Gənclər və İdman Nazirliyindən bildirildiyinə görə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur. Yarışma İttifaqla birgə Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən keçiriləcək. Artıq müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb. "Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim ediblər" - nazirlikdən deyilib.
Qaynarinfo.az saytının əməkdaşı adıçəkilən sayta baş vurarkən isə maraqlı məqamla üzləşib. Məlum olub ki, sayt yalnız rus və ingilis dillərindədir. Nəinki müsabiqənin təşkilati xərclərini, hətta iştirakçıların və yarışı izləməyə gələcək turistlərin belə xərclərini üzərinə Azərbaycan götürsə də, saytın Azərbaycan dilində versiyasına gərək görülməyib.
Bunun səbəbini bilmirik və hələlik ümid edirik ki, müsabiqənin əsas təşkilatçısı olan GİN və onun rəhbəri Azad Rəhimovun bununla bağlı hər hansı izahı var.
Bununla belə, Azərbaycanda keçiriləcək və bütün xərclərini təkbaşına Azərbaycanın qarşıladığı bir tədbirin rəsmi saytında Azərbaycan dilinə gərək duyulmaması sadəcə, biabırçılıqdır. Və ilk növbədə dilimizə qarşı olan həmin hörmətsizlik aradan qaldırılmalıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...