Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi zamanı baş verən partlayışda Azərbaycanın iki vətəndaşı yaralanıb
MilliYol.AZ “Report”-a istinadən xəbər verir ki, partlayış İğdır əyalətinin Aralık rayonunun yaxınlığındakı Küçük Ağrı dağının ətəklərində olub.
Sərhədə döşənən minaları təmizləyərkən baş verən partlayış nəticəsində 35 yaşlı Azərbaycan vətəndaşı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov yaralanıb.
Məlumata görə, Razi Aslanov əlləri və gözündən, Ruslan Abişov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.
İnformasiyaya əsasən, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri məşğul olur.
Hadisə ilə bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...