“Əgər 15 iyun Milli Qurtuluş Günüdürsə, 14 iyun Azərbaycanın işğal altındakı torpaqlarının Qurtuluş Gününün başlanğıcıdır”
APA-nın məlumatına görə, bunu bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 20 İyun Ümumdünya Qaçqınlar Günü ilə bağlı keçirilən tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov söyləyib.
Ə. Həsənov deyib ki, Azərbaycanda məcburi köçkün gənclər arasında hərbi təhsil almaq meylləri də güclənib: “Əgər 10 il əvvəl hərbi məktəblərdə 20 məcburi köçkün gənc təhsil alırdısa, bu gün hərbi məktəblərdə təhsil alan gənclərin sayı 276 nəfərə çatıb “.
Dövlət Komitəsinin sədri bu gün ermənilərin Şuşa məscidində donuz saxladığını nəzərə çatdırıb: “Ancaq bəzi müsəlman dövlətləri hələ də ermənilərə yardım edir. Bu, necə müsəlmançılıqdır?”.
Xatırladaq ki, özünü islam respublikası adlandıran İran işğalçı rejimlə sıx dostluq münasibətləri saxlayır. Ermənistana böyük sərmayələr yatırır, müxtəlif sahələr üzrə əməkdaşlıq edir.
MilliYol.Az
Digər xəbərlər
loading...