Azərbaycanda fəaliyyət göstərən dövlət qurumlarının kadr siyasətini həmin qurumlara rəhbərlik edən şəxslər yönəldir. Yəni hər hansı bir nazir və ya komitə sədri yeni gələndə, hətta gedəndə də öz komandası ilə gəlib-gedir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu cəhətdən istisna deyil. Düzdür, hələlik bu nazirliyinin şefi öz vəzifəsini itirməyib. Yəni kadrlar öz yerindədir.
Ancaq aztoday.az-a daxil olan məlumata görə, nazir Hüseynqulu Bağırov uzun illər keçməsinə baxmayaraq, heç də bir çox idarə və şöbələrə rəis təyin etməyib. Bunun səbəbini isə nazirdən başqa heç kəs bilmir.
Mənbə bildirir ki, nazirlikdə ümumilikdə 18 şöbə, departament və idarə rəhbərləri yoxdur, onların əvəzləyiciləri var. Bu isə nəticədə nazirliyin ahəngdar və məsuldar çalışmasına maneçilik törədir.
Sadəcə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yeni meşə zolaqlarının yaradılması istiqamətində uğursuz fəaliyyətini misal gətirmək yerinə düşər.
Nazirin belə kadr siyasəti Azərbaycanın ekoloji durumunu da çətinə salır. Çünki həmin sahələri yönəldən mütəxəssislərə, xüsulə rəhbərlik edən şəxslərə böyük ehtiyac duyulur. Naziri isə göründüyü kimi bu, heç də maraqlandırmır.
Sonda ETS-də əvəz edən şəxslərin vəzifə və adlarını sizə təqdim edirik:
Ekoloji Təbliğat Şöbəsinin müdir əvəzi – Əliyev İsa Məmmədxan oğlu
Maliyyə və Təsərrüfat Şöbəsinin müdir əvəzi – İsmayılov Füzuli Musa oğlu
Geodeziya və Dövlət Agentliyinin rəis əvəzi – Əliyev Çingiz Sabir oğlu
1 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Tahirov Rəfayıl İltifat oğlu
5 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Quliyev Elman Müseyib oğlu
6 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Novruzov Mədət İlyas oğlu
8 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Abışov Məzahir Hüseyn oğlu
9 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Çuxullayev Ramazan Şamil oğlu
10 saylı ƏETS Şöbəsinin müdir əvəzi – Qafarov Rahim Qafar oğlu
11 saylı ƏETS Şöbəsinin müdir əvəzi- Əliyev Əlirza Rza oğlu
Qubadlı ƏETS İdarəsinin rəis əvəzi- Alışov Əli Muxtar oğlu
Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi- Ramazanov Xəlil Ramazan oğlu
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi – Məmmədova Gülşad Vaqif qızı
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəis əvəzi- Cahangirov nadir Sücəddin oğlu
Elmi Tədqiqat Meşəçilik İnstitutunun direktor əvəzi – Bədəlov Hüseyn Ənvər oğlu
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədr əvəzi – Əşrəfov Ramil Yunis
Normativ və Texniki Normativ Hüquqi Aktlar üzrə Elmi Tətbiq Mərkəzi direktor əvəzi – Musayev Murad Qədim oğlu
Kompleks Hidrometeoroloji və Ekoloji Tətqiqat Elm Mərkəzi direktor əvəzi – Rəhmanov Zəfər Vaqif oğlu.
Qeyd edək ki, bu insanların arasında elələri var ki, 3 ildir yalnız kimisə əvəz edir. Məsələ ilə bağlı ETS nazirliyindən münasibət öyrənmək istəsək də bu mümkün olmadı.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...