“Türkiyənin istedadlı futbolçularından biri – Arda Turan onun əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla, xeyli nüfuz itirdi. Bu, onun təsdiqidir ki, kim olursan ol, elə davranışlar var, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır. Olmaz! Tərbiyəli olmağa məhkumsan!"
Strateq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputat Fazil Mustafa "Eurovision 2011"də Azərbaycanı uğurla təmsil edərək qalib gəlmiş Nigar Camalın bugünlərdə Dövlət Yol Polisi (DYP) əməkdaşlarını təhqir edən ifadələrinə cavab olaraq yazıb.
Fazil Mustafa qeyd edib ki, cəmiyyətin sevdiyi, insanların simpatiyasını qazanan populyar şəxslər öz davranışlarında xüsusilə diqqətli, ehtiyatlı olmalıdırlar: “İndi baxıram ki, bizdə də Nigar Camal adlı bir “Eurovision” qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib. Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, haqsız yerə xanımın maşınını saxlamaqla onu əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda, yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən. Yoxsa "mən bir beynəlxalq yarışın qalibiyəm" deyə, yol polisinə yönəlik "Qudurublar!" deyə ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir. Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar".
MilliYol.Az
Digər xəbərlər
loading...