Londonda “Grenfell Tower” adlı çoxmərtəbəli binanın yanması nəticəsində ölənlərin sayı 79-a çatıb
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, çoxlu sayda sakin isə hələ də itkin düşmüş sayılır.
Xəstəxanaya yerləşdirilən 19 nəfərdən 10-nun vəziyəti ağır qıymətləndirlib.
İyunun 14-də baş verən yanğından zərər çəkən hər sakinə dövlət tərəfindən 5500 funt yardım veriləcək. Bu məbləğin 500 funtu nəğd şəkildə təqim olunacaq, qalan maliyyə vəsaiti isə bank hesablarına köçürüləcək.
Britaniyanın baş naziri Tereza Mey bu günlərdə bildirib ki, zərərçəkənlərə yardım məqsədi ilə 5 milyon funt həcmində fond yaradılıb.
Qeyd edək ki, binanın yanması səbəbi hələ də araşdırılır.
MilliYol.Az
Digər xəbərlər
loading...