Qırğızıstanın Seçkilər və Referendumlar Mərkəzi Komissiyası ölkədə oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlayıb
İlk olaraq müxalifətdəki “Ata-Məkan” partiyasının lideri Omurbek Tekebayevin nümayəndələri komissiyaya müraciət ediblər və namizədin ərizəsi qəbul olunub.
Seçkilərlə bağlı iyunun 15-dən namizədlərin irəli sürülməsi kampaniyasına start verilib və proses avqustun 1-dək davam edəcək. Avqustun 26-dək isə namizədlərin hər biri 30 min seçicinin imzasını toplamalı, komissiyanın hesabına 1 milyon som (15 min dollar) məbləğində vəsait köçürməlidir.
Ekspertlərin rəyinə görə, prezident seçkilərində 15 namizədin iştirak edəcəyi gözlənilir. (Azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...