ATƏT-nın Minsk qrupunun həmsədrləri cəbhədə yaşanan son gərginlikdən dərin təəssüf hissi keçirir
APA-nın məlumatına görə, bu barədə rusiyalı həmsədr İqor Popov bildirib.
Diplomat cəbhədəki son gərginliyi Azərbaycan prezidenti və müdafiə naziri ilə müzakirə etdiklərini deyib.
"Həmsədrlərin regiona səfəri öncəsi cəbhədə atəşkəs rejiminin ciddi şəkildə pozulması hallarının baş verməsinə çox təəssüf edirik. Əlimizdən gələni etməliyik ki, oxşar hadisələr yenidən təkrarlanmasın. Gərginliyin aşağı salınması üçün əlimizdən gələni edəcəyik", - deyə diplomat bildirib.
Son bəyanatlarının hər iki tərəfə ünvanlandığını deyən rusiyalı həmsədrin sözlərinə görə, əsas ismarıc təmas xəttində gərginliyin azaltmasına yönəlib.
MilliYol.Az
Digər xəbərlər
loading...