İyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək. MilliYol.Az sport7.az-a istinadən xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib.
Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət göstərən "Topaz"dı. Ancaq bukmeker kontoru yenə müştərilərinə fırıldaq gəlmək niyyətindədi. Özü də bu dəfə fırıldaq daha açıq şəkildə nəzərə çarpır.
Məsələ burasındadı ki, "Topaz" mərc həvəskarlarından "Avro-2016"da kimin bombardir olacağını soruşur. Təxmin üçün də proqramda müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadı ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı "Topaz" tərəfindən mərc həvəskarlarına təqdim edilib. Almaniyalı televiziya qarşısında yarışı izləyəcəyi halda "Topaz" onun bombardir olacağını 27 əmsalla qiymətləndirib. Sizcə, bunun adı fırıldaq deyil, bəs nədi?
MilliYol.Az
Digər xəbərlər
loading...