Son zamanlar təhsil sistemi ilə bağlı xeyli şikayətlər var.
245 saylı məktəbdən şikayət daxil olub. Adının açıqlanmasını istəməyən valideyn məktəbdə yeni formanın tətbiq edilməsi məqsədilə hər uşaqdan 15 manat dəyərində pul yığıldığını bildirib. Onu da əlavə edib ki, direktor uşaqlara "pulu vermək istəmirsinizsə, məktəbdən çıxa bilərsiniz", deyib.
"Qaynarinfo" məsələni aydınlaşdırmaq məqsədilə məktəb direktoru ilə əlaqə saxlayıb. Direktor Ülviyyə İsmayılovaya məktəbdən şikayət daxil olması ilə bağlı məlumata əsəbi reaksiya verib. vermək istədik, lakin sözümüzü kəsərək, yüksək səs tonu ilə "Xanım, hər hansı şikayətiniz varsa, Təhsil İdarəsinə müraciət edin. "Prokratura" deyilsiniz, polis deyilsiniz, sizə nə şikayət?
"Bizdə heç bir pul yığımı yoxdur, formanı dəyişməyə də bizim haqqımız yoxdur. Respublika üzrə vahid forma var. Bizdə də Bakı Tikiş Evinin bu forması tətbiq edilir. Bizdə nə pul, nə də başqa bir şey yığılmır. Əlavə sualınız varsa, Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Cəsarət müəllimə müraciət edin. Valideynin də problemi varsa, "Qaynar xətt"ə zəng vursun".
MilliYol.Az
Digər xəbərlər
loading...