Pul təklifi üzərində nəzarətin gücləndirilməsi və qiymət sabitliyinin dəstəklənməsi, eləcə də pul siyasətinin effektivliyinin artırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti "Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişiklik edilməsi barədə qərar qəbul edib
Dəyişikliyə əsasən, bank məcburi ehtiyatları hesablama bazasına daxil olan milli valyutada və qiymətli metallarda depozitlər üzrə Mərkəzi Bankda olan manatla müxbir hesabında, xarici valyutada olan depozitlər üzrə isə Mərkəzi Bankda istənilən xarici valyutada olan müxbir hesabında saxlamalıdır.
Bu dəyişiklik 2017-ci il 1 avqust tarixindən qüvvəyə minəcək.
MilliYol.Az
Digər xəbərlər
loading...