Xəbər verdiyimiz kimi, dünən ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırıb. Sözügedən faktor şübhəsiz ki, manata da öz təsirini göstərəcək.
"Qaynarinfo"ya məsələni şərh edən iqtisadçı-ekspert Qadir İbrahimli bunun manatın məzənnəsinə təsir göstərəcəyini və yaxın aylarda dolların bahalaşa biləcəyini bildirib:
"FED-in uçot dərəcəsini artırması manata təzyiqi gücləndirən əsas faktorlardandır. Bu, yaxın aylarda öz təsirini göstərəcək və manatın məzənnəsi bir az da ucuzlaşacaq".
Ekspert mövcud vəziyyətin qlobal xarakter daşıdığını və bu səbəbdən Mərkəzi Bankın bununla bağlı heç bir tədbir görə bilməyəcəyini qeyd edib:
"Mərkəzi Bankın bununla bağlı adekvat tədbirlər görməsinə lüzum yoxdur. Bildiyiniz kimi Azərbaycanda manatla bağlı problemlər tamamilə həll edilməyib və belə olduğu təqdirdə bu barədə hökumətdən nəyisə tələb etmək, nəyisə ummaq sadəlövhlük olardı. Bu, əsasən beynəlxalq tendensiyalardan asılı olan bir məsələdir və daxili faktor burada rol oynamır".
MilliYol.Az
Digər xəbərlər
loading...