Prezident İlham Əliyev bu gün “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Alleni qəbul edib.
MilliYol.Az xəbər verir ki, Azərbaycanın “John Deere” şirkəti ilə artıq 10 ildən çoxdur səmərəli əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlət başçısı ölkəmizin bu əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı geniş proqramların qəbul edildiyini və bu proqramların artıq yaxşı nəticələr verdiyini deyib, bu baxımdan Azərbaycanda kənd təsərrüfatı texnikası, o cümlədən “John Deere” şirkətinin istehsal etdiyi məhsullar üçün böyük bazarın mövcud olduğunu qeyd edib. Kənd təsərrüfatı ilə bağlı planlarımızın həyata keçirilməsi üçün müasir texnikanın önəmindən danışan dövlət başçısı vurğulayıb ki, ölkəmiz bu sahədə məhsuldarlığın və səmərəliliyin artırılması üçün müasir texnologiya və avadanlıqların tətbiqində maraqlıdır. İlham Əliyev Azərbaycanın kənd təsərrüfatı sahəsində uğurlar qazandığını qeyd edərək bu sahədə ixracın artıq genişləndiyini vurğulayıb, ölkəmizin ümumi daxili məhsulunda kənd təsərrüfatının payının bundan sonra da artacağına əmin olduğunu bildirib.
Azərbaycana ilk dəfədir ki, səfər etdiyini deyən “John Deere” şirkətinin sədri və baş icraçı direktoru Samuel Allen bu səfərlərin davamlı olacağına əminliyini ifadə edib. Samuel Allen artıq ölkəmizdə mühüm kənd təsərrüfatı texnikası istifadəçiləri ilə görüşdüyünü məmnunluqla qeyd edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən hazırkı və gələcək layihələrə göstərilən maraq çox yüksək səviyyədədir.
Görüşdə Azərbaycanın “John Deere” şirkəti ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev bu gün həmçinin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...