Vaşinqton yaxınlığında baş vermiş silahlı insident zamanı konqresmen və köməkçiləri yaralanıb
Virtualaz.org xəbər verir ki, hadisə Vaşinqtonun 11 kilometrliyində, Virciniya ştatının Aleksandria şəhərində baş verib.
Konqresin Nümayəndələr Palatasının üzvü Stiv Skaliz öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə S. Skaliz və bir neçə nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Atəş açan şəxsin polis tərəfindən saxlanıldığı xəbər verilir, hadisənin motivi məlum deyil.
S. Skaliz Luiziana ştatını təmsil edir və respublikaçıdır. O, Nümayəndələr Palatasında respublikaçılar fraksiyasının koordinatorudur. Hadisə barədə prezident Donald Tramp məlumatlandırılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...