Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. MilliYol.Az xəbər verir ki, toplantı qurumun inzibati binasında baş tutub.
İclasın gündəliyi rəsmən açqlanmayıb. Amma əsas müzakirələrin Azərbaycan Premyer Liqasının hazırkı durumu ilə bağlı aparıldığı bildirilir. Növbəti mövsümdə iştirak üçün cəmi 8 komandanın lisenziya ala bilməsindən sonra yüksək liqaya yeni komandaların buraxılma məsələsi də gündəmə gətirilib. İclas qapalı keçirilib.
AFFA prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi iclasda komitə üzvlərindən Rauf Əliyev, Elşad Nəsirov, Firudin Qurbanov, Kazbek Tuayev, İsgəndər Cavadov və Qurban Qurbanov iştirak edib. Xarici işlər naziri Elmar Məmmədyarov, Mahir Məmmədov və Vaqif Sadıqov iclasa qatılmayıb.
Həmçinin toplantıda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə və "Sumqayıt" klubunun Müşahidə Şurasının üzvü Muxtar Babayev də iştirak edib.
Yığıncaqdan sonra assosiasiyanın prezidenti Rövnəq Abdullayev iclas barədə fikirlərini səsləndirib. O, əvvəl olduğu kimi də, Premyer Liqada iştirak etmək üçün 8 komandaya lisenziya verildiyini, digər müraciət edənlərə isə "yox" deyildiyini qeyd edib. Müraciət edənlər lisenziya tələblərinə cavab vermədiyi üçün, məsələyə iyunun 13-də keçiriləcək iclasda aydınlıq gələcək.
Əgər 8 komandadan başqa heç bir kluba lisenziya verilməsə, Topaz Premyer Liqasının növbəti mövsümü 4 dövrəli sistem üzrə keçiriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...