Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin təcridini "qeyri-insani və İslami dəyərlərə qarşı" addım adlandırıb və bildirib ki, Fars körfəzi ölkəsinə qarşı istifadə olunan üsullar qəbuledilməzdir və "ölüm cəzasına" bərabərdir
Ərdoğanın parlamentdəki bu çıxışından əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, (BƏƏ) Bəhreyn və Misir terrorçuluğu maliyyələşdirmək ittihamı ilə Qətərlə əlaqələri dondurub. Qətər bu iddiaları əsassız adlandırır.
"Qətərlə bağlı çox kobud səhvə yol verilir, bir milləti bütün sahələrdə ayırmaq qeyri-insani və İslam dəyərlərinə qarşıdır. Bu, Qətər üçün sanki ölüm hökmü qərarının qəbul edilməsidir", - Ərdoğan bildirib. Türkiyə prezidentinin sözlərinə görə, Qətər, Türkiyə ilə yanaşı, özünü İslam Dövləti (İD) adlandıran terror təşkilatına qarşı ən qətiyyətli mövqe göstərir. “Böhtan kampaniyaları vasitəsilə Qətərin təqibi bir məqsədə xidmət etmir»-o deyib.
Ərdoğan həmçinin deyib ki, çərşənbə axşamı fransalı həmkarı Emmanuel Makron və Qətər Əmiri Şeyx Təmim Bin Həməd əl Tani ilə son hadisələri müzakirə edəcək.O bildirib ki, Səudiyyə Ərəbistanı Kralı Fars Körfəzinin ağsaqqalı kimi regionda böhranın həlli üçün liderlik etməlidir.
Ərdoğan bu məsələni həmçinin ABŞ prezidenti Donald Trumpla da müzakirə etməlidir, Türkiyə xarici işlər naziri çərşənbə axşamı bildirib. Türkiyə prezidenti Qətərə dəstəyini saxlayacağı barədə söz verib və həmçinin deyib ki, bu məsələ Ramazan ayının sonuna qədər həll edilməlidir. (BBC)
MilliYol.Az
Digər xəbərlər
loading...