UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb
Qol.az-ın xəbərinə görə, azərbaycanlı FİFA referisi Əliyar Ağayevin də hansı sırada yer alacağı məlum olub. Gənc referimizin I kateqoriyaya düşəcəyi gözlənilsə də, bu, baş verməyib. UEFA onu II kateqoriyada saxlayıb.
Digər beynəlxalq dərəcəli hakimlərimiz Rəhim Həsənov və Ömər Paşayev isə III kateqoriyada qərarlaşıblar.
Qeyd edək ki, AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov yanvar ayında açıqlamasında bildirmişdi ki, Əliyar Ağayev yeni mövsümdən I kateqoriyaya keçəcək.
Birinci kateqoriyaya vəsiqə qazanan hakimlər bunlardır: Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail), Andreis Treimanis (Litva), Daniel Stefanski (Polşa).
MilliYol.Az
Digər xəbərlər
loading...