“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda onun xanımı yerli qəzetlərdən birinə açıqlamasında bildirib
O, yerli jurnalistlərə ölkənin tərk etməyə hazırlaşdıqlarını söyləyib.
Məlumata görə, Li Syan Yanın həyat yoldaşı hara və nə vaxt getmək niyyətində olduqlarını deməyib. Li Syan Yan Sinqapur Mülki Aviasiya İdaərinsə başçılıq edir. Onun “Facebook”da böyük bacısı ilə paylaşdığı ortaq məktubu aşkar edilib. Həmin məktubda onların ölkəni tərk etmək qərarlarının səbəbi yazılıb. Bacısı vurğulayıb ki, Li Syan Yan diqqətlə izlənildiyini hiss edir: "O, həyat yoldaşı və özünə qarşı dövlət orqanlarının fəaliyyətindən ehtiyat edir. Buna görə də yaxın gələcəkdə ölkəni tərk edəcəyini yazıb".
Bacı-qardaş böyük qardaşları, Sinqapurun baş naziri Li Syan Luna münasibtədə etibar etmədiklərini bildiriblər: “2015-ci ilin martın 23-də baş nazir Li Kuan Yu öləndən sonra ölkədə baş verən dəyişikliklər, mərhum atamızın istəklərini özündə əks etdirmir”.
Hökumət başçısı bacı və qardaşının ittihamlarından təəssüfləndiyini vurğulayıb: “Onların uğursuz ittihamlarından dərin kədər hissi keçirdim”.
Qeyd edək ki, Li Kuan Yu 1959-1990-cı illərdə Sinqapurun baş naziri olub. Sonrakı illərdə hökumətdə mçüxtəlif yüksək vəzifələrdə işləyib.
Li Syan Lun isə 2004-cü il avqustun 12-dən hökumətə başçılıq edir. O, 1952-ci il fevralın 10-da anadan olub.
MilliYol.Az
Digər xəbərlər
loading...