Son günlər yağıntıların çox olması ölkə ərazisində sürüşmə sahələrində aktivləşməyə səbəb olub
Bunu Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, Bakı ərazisində daha çox fəallaşma Zığ sürüşmə sahəsində qeydə alınır.
Ə.Qaralov qeyd edib ki, aramsız yağışlar sürüşməni aktivləşdirdiyi üçün Şamaxı rayonu ərazisində fəsadlar var: “Sürüşmə nəticəsində rayonun Çaylı kəndində bir neçə ev qəzalı vəziyyətə düşüb, eyni zamanda pay torpaqlarında sürüşmə prosesi hazırda davam edir. Bizim əməkdaşlar sürüşmə qeydə alınan ərazilərə yollanıb və müfəssəl, yerində baxış keçiriləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...