BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda elan edilməmiş səfərdədir
"Report" xəbər verir ki, bu barədə baş katib Twitter hesabında yazıb.
"Elə indicə hökumətlə danışıqlar və insanlarla söhbət üçün Kabilə çatdım. Zorakılıq və əzab-əziyyət dövründə BMT Əfqanıstanı dəstəkləyir", - A.Quttereş bildirib.
Baş katib Ramazan ayında oruc tutan bütün dünya müsəlmanları ilə həmrəyliyini göstərmək məqsədilə onları dəstəklədiyini açıqlayıb, sülhə və mərhəmətə çağırış edib.
Qeyd edək ki, BMT baş katibi ötən həftədən Mərkəzi Asiya ölkələrinə turneyə çıxıb. İyunun 8-dən etibarən o, artıq Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanda olub.
MilliYol.Az
Digər xəbərlər
loading...