"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərindən gözləntimiz ondan ibarətdir ki, onlar ədalətli qərar qəbul olunması üçün daha ciddi şəkildə çalışsınlar. Vəzifələrini təkcə regiona səfər etməklə bitmiş bilməsinlər"
Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib.
O bildirib ki, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, amma Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün lazımi addımlar atılmır:
"Müəyyən işlər görürlər. Onların fəaliyyətinə ədalətsiz qiymət vermək istəmirəm. Amma münaqişənin həll olunması üçün bizim istədiyimiz, məcburi köçkünlərimizin həyatının yaxşılaşdırılması üçün arzuladığımız əsas işlər görülməyib. Torpaqlarımız azad olunmayıb və insanlarımızın öz yurd-yuvasına qayıtması üçün şərait yaradılmayıb. Bizim onlardan gözləntimiz bunlardır. Bu yaxınlarda müxtəlif bəyanatlar səsləndiriblər. Əsas bəyanat o olmalıdır ki, nəhayət, bu problem öz həllini tapsın. Bu problem həddən artıq uzandı. Problemin uzanması insanlara qarşı olan ədalətsizliyin davam etməsidir".
Baş nazirin müavini əlavə edib ki, münaqişənin həll olunmamış qalması bölgədə gərginliyin atmasına xidmət edir.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...