İtaliyanın paytaxtı Romanın bələdiyyə rəisi Virciniya Racci hökumətə müraciət edərək şəhərə artıq mühacir göndərilməməsini tələb edib
Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, Racci əks halda şəhərdə ictimai gərginliyin artacağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, 2014-cü ildən bəri Aralıq Dənizi ilə Avropaya axın edən 500 mindən çox mühacirin ilk dayanacağı İtaliya olub. İtaliya hökuməti 200 minə yaxın mühacirə sığınacaq verib.
Bu il isə daha 250 min mühacirin İtaliyaya axın edəcəyi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...