Ali Məhkəmədə əxlaqsızlıq yuvaları təşkil etməkdə təqsirləndirilərək 3 il azadlıqdan məhrum edilən müğənni Maral Gülməmmədovanın (Tahirqızı) Bakı Apellyasiya Məhkəməsindən verdiyi kassasiya şikayəti üzrə məhkəmə prosesi təxirə salınıb
Prosesə sədrlik edən hakim İlham Cəfərov məzuniyyətə çıxdığı üçün iş üzrə məhkəmə prosesini qeyri-müəyyən vaxta qədər təxirə salıb.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...