Birləşmiş Ştatlar son 25 ildə ilk dəfə olaraq Moskvaya Rusiya günü münasibəti ilə təbrik məktubu ünvanlamayıb
Bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.
"Bu bizim xatirimizdə olan ilk belə hadisədir. Özünüz nəticə çıxarın", - deyə RİA Novosti Rusiya diplomatik nümayəndəliyinin təmsilçisi Nikolay Laxoninin sözlərini sitat gətirib.
Dövlət Departamentindən TASS-a verilən açıqlamaya görə, Donald Trampın yeni administrasiyası dönəmində yeni yanaşma qəbul olunub. Bu yanaşmaya görə, rəsmi təbrik ABŞ-ın müvafiq paytaxtlardakı səfirlikləri vasitəsi ilə ötürülür.
"Biz təbrikləri daha press-reliz şəklində yaymırıq. Lakin biz onları öz saytımıza yerləşdiririk. Rəsmi olaraq isə onlar bizim səfirliklərimiz vasitəsi ilə təqdim olunur. Biz onları özümüz yaymırıq, lakin təbriki alan ölkələrin bunu etməsinə etiraz bildirmirik", - deyə qurumun mətbuat xidmətinin əməkdaşı bildirib.
Mətbuat xidmətindən Rusiya günü münasibəti ilə Moskvadakı səfirlik vasitəsi ilə təbrik məktubunun verilib-verilməməsinə dair suala dərhal cavab verə bilməyiblər və bunu dəqiqləşdirəcəklərinə dair söz də verməyiblər.("Report")
MilliYol.Az
Digər xəbərlər
loading...