Türkiyədə ardıcıl iki zəlzələ baş verib
Trend-in məlumatına görə, episentri Egey dənizində olan zəlzələnin gücü 4.4 bal təşkil edib.
Dərinliyi 7 km olan, saat 07:35-də qeydə alınan yeraltı təkandan 10 dəqiqə sonra 3.7 bal gücündə daha bir zəlzələ baş verib.
Qeyd edək ki, iki gün öncə də Egey dənizində 6,3 bal gücündə zəlzələ baş vermişdi. Təkanlar İstanbul, Tekirdağ, Çanaqqala və İzmirdə hiss olunmuşdu.
MilliYol.Az
Digər xəbərlər
loading...