Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib
Komitədən verilən məlumata görə, hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1 306 kvadratmetr, ümumi faydalı sahəsi isə 298 kvadratmetrə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kvadratmetr, ümumi faydalı sahəsi 81 kvadratmetrə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kvadratmetr ilə 577 kvadratmetr arasında dəyişir.
Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kvadratmetr olan qeyri-yaşayış sahəsidir.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 20 iyunda keçiriləcək. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-ı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.
MilliYol.Az
Digər xəbərlər
loading...