Ukraynanın Zakarpatiya vilayətinin keçmiş polis rəisi, general Vasili Vartsabanın evinə qumbaraatanla atəş açan erməni yaxalanıb
Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu insident 2017-ci ilin yanvar ayında baş vermişdi. Həmin vaxt gecə saatlarında naməlum şəxs generalın evinə qumbaraatandan 3 mərmi zərbəsi endirib. Qumbaratan zərbəsi nəticəsində generalın evində güclü yanğın baş verib, xəsarət alan olmayıb. Yaxınlıqda yaşayan 150 sakin evakuasiya olunub.
Zakarpatiya vilayəti üzrə polis idarəsinin rəisi Roman Stefanişin jurnalistlərə bildirib ki, saxlanılan şəxs Ujqorod şəhərinin 39 yaşlı sakinidir. “Hazırda cinayətin keçmiş polis rəisinin hüquq-mühafizə orqanlarındakı fəaliyyəti ilə bağlılığı araşdırılır”-o deyib.
Polisdəki mənbələr bildiriblər ki, saxlanılan şəxs Ermənistan sakinidir, lakin Zakarpatiyanın mərkəzində yaşayır. Prokurorluq onun barəsində bir neçə maddə ilə cinayət işi qaldırıb.
MilliYol.Az
Digər xəbərlər
loading...