Musavat.com BBC-yə istinadən xəbər verir ki, İraqın Mosul şəhərinin yaxınlığında yerləşən qaçqın düşərgəsində yüzlərlə məcburi köçkün düşərgədə paylanan qidadan zəhərlənib
İftar açdıqdan sonra əhalidə qusma və susuzluq yanğısı müşahidə olunub. Hadisənin baş verdiyi düşərgə Mosul və Ərbil arasında yerləşir. İŞİD Mosulu işğal etdikdən sonra əhali həmin qaçqın düşərgəsində qalır. Bu, qaçqın düşərgəsi BMT-nin tikdiyi 13 düşərgədən biridir.
Rudaw xəbər agentliyinin verdiyi məlumata görə, zəhərlənmə 750 nəfərdə qeydə alınıb və bir uşaq ölüb. Yemək Ərbilin restoranında hazırlanıb və daha sonra düşərgəyə gətirilib. Əhali bölgənin üç hospitalında müalicə olunub.
Hazırda İŞİD silahlıları Mosulun qərbini mühasirəyə alıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...