Süfrələrində davamlı olaraq nərə balığından istifadə edənlər üçün bu məlumat maraqlı olacaq
Əsasən Azərbaycanın üst səviyyə varlı şəxslərinin delikates menyusuna aid olan nərə balığının Azərbaycan bazarında monopolisti kimi çıxış edən Elçin Əliyev ölkəmizə Çindən ekoloji təmiz olmayan məhsul gətirir.
Paytaxt restoranlarında və marketlərində satılan nərə balığının qiyməti bir çox vətəndaşlarımız üçün əlçatmazdır. Hazırda Bakı şəhərində nərə balığının bir kilosu təxminən 60-80 manat arasında dəyişir. Meyvə tərəvəz bazarında bananın qiymətinin həftəlik dəyişməsi kimi nərə balığının satışında da demək olar ki, daimi qiymət yoxdur.
AzFakt.com-un Bakı bazarlarında və restoranlarında satılan nərə balığı ilə bağlı apardığı araşdırma göstərir ki, qiymətin tez-tez dəyişməsini bu işlə məşğul olan monopolist şəxslərin kefiylə bağlıdır. Belə ki, paytaxt bazarlarına nərə balığının gətirilməsini təşkil edən şəxslər istədikləri vaxt qiymətləri qaldıra və endirə bilirlər. Nərə balığının Xəzər dənizindən qanunsuz tutulması və satışa çıxarılması isə hər kəsə yaxşı məlumdur. Ölkəmizdə nərə balığının yetişdirilməsi və satışı ilə məşğul olan Neftçala Balıq Artırma zavodu da mövcuddur. Lakin həftəlik paytaxt bazarlarına çıxarılan tonlarla nərə balığının Xəzər dənizindən tutulmadığı da gün kimi aydındır. Çünki Xəzər dənizinin Azərbaycana aid olan suları neftlə çirkləndiyinə və kürün mənsəbinin bağlı olması ilə əlaqədar olaraq Xəzərin Azərbaycan sektorunda demək olar ki, nərə balığına çox az təsadüf olunur. Buna görə də Azərbaycan gəmiləri qanunsuz olaraq Qazaxıstan və Türmənistan sularında, bəzən isə Rusiya sularında nərə balığı ovu ilə məşğul olurlar. Lakin həmin gəmilərin ölkəyə qanunsuz olaraq gətirdikləri nərə balıqları da Bakıda satışa çıxarılan nərə balıqlarından çox-çox azdır. Ona görə də ortaya təbii sual çıxır: Azərbaycana nərə balığı başqa hansı ölkə(lər)dən daxil olur?
Araşdırma zamanı məlum olub ki, Azərbaycanda nərə balığı monopoliyası Elçin Əliyev adlı şəxsə məxsusdur. Bu şəxs daha əvvəllər ləğv olunan Nəqliyyət Nazirliyndə Departament rəisi vəzifəsində çalışsa da, paralel olaraq nərə balığının ölkəyə gətirilməsi sahəsində də tam monopoliya sahibi olub və bu monopoliya bu gün də davam etməkdədir. Onu da qeyd edək ki, nərə balığı biznesi bütün dünyada çox gəlirli sahə hesab olunur və həddindən artıq bahalı olan bu balığın satışından ciddi gəlirlər əldə olunur. Digər yandan isə bu biznes vergidən kənar və qanunsuz həyata keçirilirsə, o zaman gəlir iki dəfə artır.
Apardığımız araşdırma zamanı məlum olub ki, Azərbaycana gətirilən və standart boya və çəkiyə sahib olan nərə balıqları ölkəyə Çindən gətirilir. Bu ölkəyə dondurulmuş şəkildə təyyarə ilə gətirilir və Bakıda xüsusi kimyəvi məhlullarla balıqların donu açıldıqdan sonra əsasən bahalı restoranlara və şadlıq evlərinə satılır. Bir qismi isə bazarlara ötürülür. Yəni Elçin Əliyevin bu işdə böyük şəbəkəsi fəaliyyət göstərir.
Maraqlıdır ki, Elçin Əliyev Çində Balıq Artırma Zavodu açıb. Niyə məhz Çində? Yəni Elçin Əliyev bu zavodu Azərbaycanda da aça bilərdi.
Adının açıqlanmasını istəməyən və nərə balığı satışı ilə məşğul olan şəxsin AzFakt.com-a bildirdiyinə görə Elçin Əliyevin komandası ona görə bu zavodu Çində qurub ki, Azərbaycanda nərə balığı istehsal etmək çox baha başa gəlir. Ancaq Çində nərə balığı yetişdirmək üçün ucuz şərait mövcuddur. Əsas səbəb isə Çinin Azərbaycandan çox uzaq olmasıdır. Yəni nərə balığının necə və hansı üsullarla yetişdirilməsinin gizli saxlanılması üçün balıq yetişdirmə zavodu məhz Çində qurulub.
Həmin balıqyetişdirmə müəssisəsinin "GÖZDƏN-KÖNÜLDƏN UZAQ" olması ona görə əlverişlidir ki, orada Azərbaycandan olan bir nəfər də olsun belə işləmir və balıqların hansı şəraitdə, necə yetişdirilməsindən ölkə əhalisinin xəbər tutması imkansızdır.
Hazırda Çində yetişdirilmiş standart kiçik ölçülü nərə balıqları paytaxtın ən bahalı və prestişjli şadlıq saraylarının menyünulərini "bəzəyir”. Bu standart ölçülü balıqlar yalnız Elçin Əliyev tərəfindən ölkəyə gətirilə bildiyindən şadlıq evləri başqa yerdə axtarışa lüzum görmürlər. Halbuki o zavodda balıqların hansı şəritdə bəslənib yetişdirildiyindən xəbərdar olsalar, şadlıq evlərinin sahibləri nəinki həmin məhsullardan elit qonaqları üçün istifadə etməzlər, hətta uzun illərdən bəri bu məhsuları onlara satan şirkəti və Elçin Əliyevi məhkəməyə verərlər.
Məsələ ondadır Çində qurulmuş həmin nərəyetişdirmə müəssisəsindəki nərələr kanalizasiya tullantıları ilə yetişdirilir. Bu barədə məlumatlı olan şəxs AzFakt.com-a bildirib ki, balıqların saxlanıldığı hovuzlara bir başa kanalizasiya suları axıdılır. Bəzən isə maşınlarla hovuzlara kanalizasiya axıdılır. Bu balıqların kanalizasiya suyu ilə bəslənməsinin əsas səbəbi ondan ibarətdir ki, çirkli suda daha tez inkşaf edərək böyüyürlər. Təsəvvür edin ki, ölkənin sayılıb-seçilən elit kəsiminin prestijli şadlıq saraylarında bəh-bəhlə yedikləri balıqlar nə ilə bəslənirlər. Həmçinin həmin balıqlara tez böyüməsi üçün müxtəlif kimyəvi dərmanlar da verirlər ki, bu dərmanlar insan orqanizminə çox neqativ təsir edir və bir sıra sağalmaz xəstəliklərin yaranmasına yol açır.
Xatırladaq ki, təyyarə ilə gətirilən həmin nərə balıqları ölkəyə qanunsuz daxil olur və gömrük nəzarətindən keçmir. Bu da həsmin balıqların insanların sağlamlığı üçün riskləri daha da artırır.
Mənbə: Azfakt.com
Digər xəbərlər
loading...