Azərbaycan bu il “Eurovision” müsabiqəsində finaldan məhrum ola bilər.
Sözügedən iddia ilə Eurovoix.com portalı çıxış edib. Bukmekerlərin iddialarına görə, Səmra 2011-ci il “Eurovision” qalibi olan Azərbaycanı final mərhələsinə çatdırmayan ilk ifaçı ola bilər. Belə bir iddia ötən gecə juri önündə Səmranın ifasından sonra Azərbaycanın 2 pillə geriləyərək 11-ci yerdə qərarlaşması ilə izah olunur. Məlumatda qeyd olunur ki, ötən həftə ifası zamanı vokalda problem yaşayan ifaçı ötən gün də mahnının vokal yerlərində çətinlik çəkib.
Bukmekerlərə görə, Azərbaycan finaldakı yerini Bosniya və Hersoqovina ifaçısına uduzub. (aznews.az)
"Milli Yol"
Digər xəbərlər
loading...