Lələ təpə döyüşçüsü Səlim Müslümovdan kömək istəyir Azərbaycanda iki jurnalistə vəzifə verildi Jurnalisti təhqir edən direktor cəzalandırıldı “Polat Yol Yapı” şirkətinin qanunsuzları davam edir
 

Netanyahunun Bakı səfəri və Tehranın “böyük şeytan” gedişi - TƏHLİL

Tarix 14.12.16, 15:26

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az "Atlas" araşdırmalar mərkəzindən göndərilən analitik məqaləni təqdim edir:


İsrail Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. 1990-ci illərdə iki dövlət arasında əlaqələr yeni qurulmağa başlasa da, müsəlman Azərbaycanla yəhudi dövləti olan İsrail arasında qarşılıqlı anlaşma yarandı. 

İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər edib. Bu qısa səfər bir neçə saat çəkib, İsrailin baş nazirinin təyyarəsi Cənubi Koreyadan İsrailə geri dönərkən Bakı hava limanına enib. Ancaq bir neçə saatlıq səfər kifayət edib ki, Benyamin Netanyahu ilə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev arasında dialoq qurulsun. Üstündən 12 il keçdikdən sonra, 2009-cu ildə Azərbaycana İsrailin o zamankı prezidenti Şimon Peres səfər etdi. Bir il sonra isə Azərbaycana İsrailin xarici işlər naziri Aviqdor Liberman gəldi. 

Bu görüşlər və iki ölkə arasında qurulan sıx münasibətlər İranı çox narahat edir. Tehran keçmiş illərdə də Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxır, iranlı rəsmilər buna qarşı sərt açıqlamalar verirdilər. Bu dəfə də belə oldu. Benyamin Netanyahunun Bakıya səfərindən bir neçə gün öncə İrandan Azərbaycanın ünvanına sərt açıqlamaların sayı artdı. 

İlk sərt açıqlama İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşidən gəldi. O dedi ki, Azərbaycan Respublikası müsəlmanlarını gərək Bakıya səfəri gözlənilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxsınlar. Öz çıxışında İsrailin baş nazirini “cinayətkar” adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi bildirdi ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir. 

İranlı axund bu müraciəti ilə Azərbaycanın daxili işlərinə qarışır və Azərbaycan Respublikasının vətəndaşlarını faktiki qiyama çağırırdı. Rəsmi Bakı və Azərbaycanın din sahəsində mövqe tutan insanlar heç zaman İranın daxili işlərinə qarışmırlar, “niyə İran müsəlman azərbaycanlılar qətlə yetirən, müsəlman torpaqları işğal edən və məscidləri dağıdan Ermənistan hakimiyyəti ilı sıx münasibətlər qurur” sualını Tehrana ünvanlamırlar. Çünki bu rəsmi səviyyədə İranın daxili işlərinə qarışmaq mənasına gəlir. Bunun qarşlığında İran rəsmiləri və din xadimləri Azərbaycan-İsrail münasibətlərinə eyni tolerantlığı, dözümlülüyü nümayiş etdirmirlər. 

İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsindən sonra İran parlamentinin sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Abdullahiyan və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin də İsrail baş nazirinin Azərbaycana səfərini tənqid etdilər. İranlı rəsmilərin, diplomatların və din xadimlərinin açıqlamalarından bu qənaətə gəlmək olardı ki, guya Netanyahu Azərbaycana səfərini rəsmi Bakıya zorla qəbul etdirib və guya Netanyahunun bu səfərinin əsas məqsədi Tehran-Bakı münasibətlərinin müsbət prosesinə xələl gətirməyə cəhd göstərməkdir. 

İranlı rəsmilər və din xadimlər eyni sərtliyi 2012-ci ildə də nümayiş etdirmişdilər. Həmin il Bakıda “Evrovision” musiqi yarışması keçirilirdi. Yarışmadan bir neçə gün əvvəl İranın anti-Azərbaycan açıqlamaları çoxaldı və bu bir kampaniya şəklini aldı. İran həmin tədbiri də Netanyahunun Bakıya səfəri kimi özü üçün təhlükəsizlik probleminə çevirmişdi. 

İranlı rəsmilər və din xadimlərinin Netanyahunun Azərbaycana səfərinə sərt etirazının başqa səbəbi də var: Tehran ehtimal edə bilərdi ki, Benyamin Netanyahunun Bakıya səfəri Azərbaycanın İsraildə səfirlik açılması prosesini sürətləndirə bilər. Tehran bunu istəmir və bilir ki, rəsmi Bakı İsraildə səfirliyin açılması məsələsində İranın sərt mövqeyini nəzərə alır. Halbuki, rəsmi Bakının gözləmə mövqeyində dayanması İranın Azərbaycana qarşı siyasətini sərtləşdirir. 

İranlı rəsmilər və din xadimləri anlamaq istəmirlər ki, Azərbaycan İsraildən müasir silahlar alır və bu bizə torpaqlarımızı işğaldan azad etmək üçün vacibdir. Aprel döyüşlərində İsrailin müasir silahlarının işğalçıya necə böyük zərbələr vurduğunu hamı gördü. Üstəgəl, İsrail Ceyhan limandan Azərbaycan neftinin əsas alıcılarındandır. 

Buna baxmayaraq, Netanyahunun Bakıya səfəri ilə bağlı yayılan məlumatda belə bir hissə də var ki, Bakıda Fələstin-İsrail münaqişəsi də müzakirə olunacaq. Xəbərdə elə belə də yazılırdı: “Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam dövləti olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək”. Əslində bu rəsmi Bakının Tehrana mesajı idi ki, rəsmi Bakı İslam dünyası və İran üçün həssas mövzu olan Fələstinin problemini də diqqətdə saxlayır. Halbuki, Fələstin-İsrail münasibətlərinin normallaşması və 70 ilə yaxındır uzanan gərginliyin rəsmi Bakının vasitəçilik təşəbbüsləri ilə həllini gözləmək də yersiz olardı. 

Ən maraqlısı odur ki, iranlı rəsmilər, diplomatlar və din xadimləri Azərbaycan-İsrail münasibətləri və Netanyahunun Bakıya gəlişi əleyhinə açıqlamalar verən gün Tehranda Amerikanın təyyarə istehsal edən ən böyük aerokosmik şirkəti “Boeing”in amerikalı rəhbərliyi ilə böyük müqavilə imzalandı. Bu müqaviləyə görə, İran Amerika şirkətindən 80 ədəd təyyarə alacaq və bunun müqabilində 17 milyard dollara yaxın pul ödəyəcək. 

Bu ikili standartların ən bariz nümunəsidir. İran rəsmiləri və din xadimləri Amerikanı bu gün də “böyük şeytan” və İsrailin əsas dəstəkçisi adlandırırlar. Buna baxmayaraq, “böyük şeytan” adlandırdıqları ölkənin ən böyük şirkətinə 17 milyard dollar pul ödəyəcəklərinə dair müqavilə imzalayırlar. 

Tehranın sərt reaksiyaları uğursuz oldu. Benyamin Netanyahunun 20 ildən sonra Azərbaycana ikinci səfəri də uğurlu oldu. Netanyahunun özü də səfər etdiyi Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi adlandırdı. Səfər zamanı iki ölkə arasındakı əməkdaşlığa dair bir neçə sənəd imzalandı. 

Netanyahunun Azərbaycana səfəri iki mühüm amillə yadda qaldı.

Birinci amil. Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Azərbaycan bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. İlham Əliyev ilk dəfəydi iki dəvlət arasındakı hərbi əməkdaşlığın miqyasını göstərən rəqəmi açıqladı. Əslində bu açıqlama həm Ermənistana, həm də Rusiyaya mesaj idi. İlham Əliyev bu açıqlama ilə göstərdi ki, Rusiyanın Ermənistana yerləşdirdiyi “İsgəndər” raketləri əleyhinə Azərbaycanın da İsraildən eyni tipli və qoruyucu raketlər almaq imkanı var.

İkinci amil. Benyamin Netanyahu dedi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin bu istəyi haqqında əvvəllər müxtəlif versiyalar səslənirdi. Ancaq ilk dəfə idi ki, İsrail baş nazir səviyyəsində öz qazını Azərbaycanın inşa etdiyi boru xətti ilə Avropaya nəql etməkdə maraqlı olduğunu açıqladı. Bu açıqlama iki ölkə arasındakı enerji əməkdaşlığını daha üst səviyyəyə qaldıracaq. Digər tərəfdən bu enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. 

İsrail-Azərbaycan əməkdaşlığının daha bir əhəmiyyəti var. Dünyanın müxtəlif ölkələrində kök salmış erməni lobbisi Türkiyə ilə yanaşı Azərbaycan əleyhinə də kampaniya aparır, Dağlıq Qarabağ və ətraf rayonların işğalına haqq qazandırırlar. Buna görə də Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki yəhudi icmalarının dəstəyinə ehtiyacı var ki, erməni lobbisi ilə mübarizədə güclü müttəfiqə malik olsun. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. 

MilliYol.Az 



Xəbərin oxunma sayı : 1102

loading...

Analiz

Önəmli

Son xəbərlər

22 YANVAR 2018

15:50 Rusiyada pinəçi, Azərbaycanda əməkdar artist: “20 yaşlı qızlar...”

15:42 Elzadan Anara barışıq addımı

15:38 Putin üçün 1 milyon 600 min imza toplandı –Vaxt bu gün başa çatdı

15:33 “Neftin qiymətinin yüksəlməsi gəlirlərimizə müsbət təsir göstərib” – SOCAR

15:22 İtkin düşmüş alpinistlərlə bağlı xəbər - ərazilərdə qar ərimayə başlayır

15:17 PKK terrorçularının “Türkiyə dinc sakinləri vurur” yalanı boşa çıxdı

15:13 Gürcüstanda azərbaycanlı məktəbli nadir xəstəlikdən ölüb

15:09 AŞPA-nın yeni prezidenti məlum olub

15:05 Mirkamil də reytinq üçün yalan danışdı - evlənməyib

14:55 “Zeytun budağı” əməliyyatının 3-cü günü:11 kənd təmizləndi, ordu Afrinə doğru 8 km irəlilədi

14:47 Serj Sərkisyanın prezident etmək istədiyi səfir Londona qayıtdı

14:42 Kazuo İşiquronun Nobel nitqi - Tam mətn

14:34 Bakıda içərisində 35 000 manat və 18 800 dollar olan seyf oğurlanıb

14:30 Azərbaycanın fəxri olan əfsanəvi qəhrəman –General Həzi Aslanovun doğum günüdür

14:25 Əfqanıstanda BMT missiyasına hücum baş verib

14:18 AŞPA prezidenti postuna cəmi bir namizəd var

14:13 “Türkiyənin əməliyyatını diqqətlə izləyirik” - İran XİN-in sözçüsü

14:09 İsa Qəmbərin müalicəsi davam edir

14:05 “Zeytun budağı” əməliyyatının daha bir sirri:Rusiya-Türkiyə qaz sazişi

13:33 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:27 Bakıda sərnişin avtobusu qəzaya uğrayıb –Binəqədidə

13:22 Yağmursuz hava davam edəcək, duman olacaq

13:13 İran toz dumanına qərq olub, insanların səhhətində problem yaranıb

13:09 Ötən il Azərbaycanda ölənlərin 57,8 faizi ürək çatışmazlığından vəfat edib

13:05 Angela Merkel üçün şans –Sosial demokratlar koalisiya danışıqlarını dəstəkləyib

12:57 Musa Pənahov və Arif Əsgərov da ixtisara düşdülər

12:48 “Qoca“ ilə birlikdə dustaq vaqonundan qaçan Əli Ağami hakim qarşısına çıxarılır

12:35 “Afrində PYD və İŞİD çiyin-çiyinə döyüşür” – Binəli Yıldırım

12:30 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

12:24 14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilə bilər –Yeni dəyişiklik

12:20 Şəmkir sakini özünü Xırdalanda damdan atmaq istədi

12:12 Uilyams: "FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər"

12:06 Bakıda arvadını yastıqla boğan şəxs saxlanılıb

11:55 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:50 Azərbaycanda 148 dövlət əmlakı hərraca çıxarılacaq –Siyahı

11:37 Azərbaycanda şirkət ləğv olundu – “Könüllü şəkildə…”

11:32 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

11:27 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:22 Azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən qohumu həbs edilib

11:13 Apellyasiya Şurası: Bəzən mərkəzi və yerli icra hakimiyyətləri sahibkarları dinləmədən əsassız qərarlar qəbul edir

11:09 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa edib

11:05 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər - təhlükə

10:55 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:46 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:42 Şamaxı Dövlət Regional Kollecində “bazar qanunları” - Kollecdə tədris prosesi iflic vəziyyətdədir

10:38 Bu gün AŞPA-nın qış sessiyası başlayır

10:27 “Türkiyə bizi əvvəldən xəbərdar etmişdi” – ABŞ-ın müdafiə naziri

10:22 Ərdoğan “Zeytun budağ”ndan danışdı

10:17 Tovuzda maşın ağaca çırpıldı

10:13 Məktəblərdə qış tətili neçə gün olacaq? –Nazirlikdən açıqlama

10:09 “Zeytun budağı“ ilə bağlı son məlumat - 153 obyekt məhv edilib

10:06 İdlibdə “Cəbhət ən-Nüsra“ya qarşı hərbi əməliyyat başlayıb

21 YANVAR 2018

18:25 Qüdrət Qurbanov Tağı Əhmədovun taleyini yaşaya bilər

18:09 “TuranBank“a əmanət yerləşdirənlərin nəzərinə: Pullarınız bata bilər

14:20 “Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq“

13:40 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Fazil Məmmədovun “kassiri” Eldar Mahmudovla əlbir olduğu üçün istintaqa cəlb olundu

12:15 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

11:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR 2018

21:44 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

20:55 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:28 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:12 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:20 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

12:30 Füzuli sakini qohumunu güllələyib

12:17 “Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

11:55 Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

11:33 Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olundu

11:07 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

10:39 Qızıl 4 dollara yaxın bahalaşıb

10:25 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:14 Azərbaycanın qan yaddaşı: 20 Yanvardan 28 il ötür

19 YANVAR 2018

23:59 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

23:37 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

23:15 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

22:52 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

22:35 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

22:13 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

21:55 “Sobesendik” qəzetinin yaradıcısı – azərbaycanlı jurnalist vəfat edib

21:30 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

21:11 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:56 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

20:33 Abid Şərfiov: “Kimsə övladımın tərbiyəsizlik etdiyini deyə bilməz”

20:10 “Formula 1”ə görə Azərbaycana gələcək əcnəbilərə şad xəbər

19:57 Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19:31 Ağsuda mənşəyi məlum olmayan bir ton ət aşkarlanıb

19:14 Azərbaycana Rusiyadan müasir hərbi texnikalar gətirilib – Video

18:50 Bu gecə Bakının bu yolları bağlı olacaq

18:34 MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək

18:11 Ayaz Mütəllibovun keçmiş mətbuat katibinə hökm oxundu

17:55 “Anam mənə inanmırdı“ - Niyam

17:47 Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edildi –DİM

17:42 Ermənistana rəhbərlik edəcək yeni namizəd –Baş nazir 20 il əvvəl Sərkisyanı nə üçün döymüşdü?

17:37 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

17:32 AMEA: Bakıda müşahidə edilən hava yanvar üçün səciyyəvi deyil

17:27 İbrahim Şehiç: “Azərbaycanda da Prosineçkiyə böyük hörmət var”

17:13 Biznesi başına bəla olan millət vəkili hədəfdə- Təfərrüat

17:09 Qazaxıstanda 52 nəfərin ölümü ilə nəticələnən avtobusun yanmasının səbəbi açıqlanıb

17:05 Azərbaycanlı taksi sürücüsü Oleq Qazmanovun oğlunun pul qabını oğurlayıb qaçdı

16:55 MTRŞ-da özəl ümumölkə teleradio yayımçılarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib

16:47 21 yaşlı gənc qız üstündə bıçaqlandı - Video

16:42 Azərbaycan Ordusunun hərbçisi şəhid olub

16:37 Azərbaycana bir blokdan artıq siqaret gətirilməsinə qadağa qoyulacaq

16:32 Məhbuslar vahid xüsusi geyimlə təmin olunacaq

16:27 Leyla Şıxlinskayanın klinikası ilə bağlı şahidlər ifadə verib

16:22 Cənubi Koreya ötən il 41,71 milyard dollarlıq avtomobil satıb

16:18 “3 avroluq təkəri burda 50 manata satırlar”

16:13 Türkiyə səfirliyi dövlət bayrağını endirəcək –20 Yanvar anılacaq

16:09 “Yaxın Şərqdə yalnız güclü dövlətlərin mövcudluğu terrorizmə sipər olacaq”

16:05 Tovuzda qadın sahibi olduğu mağazada yandı

15:55 Almaniyada azərbaycanlı ailə polisi girov götürdü - Təfərrüat

15:33 FIFA Dünya Çempionatı-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

15:27 Lənkəranskinin qardaşı bəraət aldı

15:22 YAP üzvlərinin sayı açıqlanıb –Hakim partiyanın nə qədər üzvü var?

14:55 68 milyonu kim ortadan çıxarıb: Ələddin yoxsa, Əmlak Komitəsinin rəhbərliyi?

14:50 Türkiyənin müdafiə naziri: “Afrin əməliyyatı keçiriləcək“

14:50 “Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”

13:45 Prezidentin ayırdığı 3 milyon manat bu TV-lər arasında bölünəcək –Siyahı

13:17 “Tarix fakültəsinin tələbələri xalq hərəkatının önündə gedirdi”

13:13 "Keçmişində bilirsən nə qədər qara izləri var?" - Tolik hədələdi



loading...
Musavatçıların “əl tulası“, Əhməd Cavadın “quyruğu“ - Mikayıl Müşfiq


30 ilə sığan dahi ömrü
Ayda 15 dollara işləyən milyarderin uğur hekayəsi (MARAQLI)

Gənc yaşlarında yaşadığı uğursuzluqlara baxmayaraq heç zaman ruhdan düşmür və çalışaraq dünyanın ən zəngin adamlarından biri olur.
Azərbaycanda baş redaktor istefa verdi

Oxu.az saytının baş redaktoru Seymur Teymurov istefa verib.
Qadağan olunmuş xəbərlərə görə cərimə və bloklanma - Məcəlləyə dəyişiklik

Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə cərimələr müəyyən olunub.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016