Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Neft ölkəsində prezident maaşları, pensiyaları iki dəfədən çox artırdı


Venesuela prezidenti, bu yaxınlarda növbəti dəfə özünü seçkilərin qalibi elan edən Nikolas Maduro minimal əmək haqqını və pensiyalarını il ərzində üçüncü dəfə kəskin artırıb

Beləliklə, indi venesuelalıların minimal əmək haqqı 3 milyon bolivar olub, ərzaq pulu üçün verilən əlavə yardımla birlikdə isə bu məbləğ 5.2 milyon bolivar təşkil edəcək. Lakin həmin məbləğ bolivarın qeyri-rəsmi məzənnəsi ilə heç 2 dollara da çatmır, cəmi 1.85 dollar edir. “Biz pensiyaları və maaşları 103 faiz artırdıq”-bu cüzi məbləğə baxmayaraq Maduro təntənə ilə elan edib.

Sonuncu dəfə Venesuelada maaşları və pensiyaları aprel ayında artırmışdılar, o vaxt pensiyalar və minimum əmək haqları dolların qara bazar kursu ilə cəmi 2 dollar olmuşdu. Amma hiperinflyasiya bu artımı da dərhal “yeyib”. Ötən il isə Maduro maaşları və pensiyaları il ərzində 6 dəfə artırmışdı.

Neftin qiymətinin artmasına baxmayaraq Venesuelada hiperinflyasiya və xroniki defolt davam edir. Ölkənin xarici borclarının həcmi 142 milyard dolları ötüb, bu qızıl-valyuta ehtiyatlarının həcmindən 14 dəfə böyükdür.

Maduro isə hiperinflyasiyanın və iqtisadiyyatının darmadağın olmasının günahını əlbətdə ki, xarici qüvvələrin üzərinə yıxır. “Bizi imperializm təhdid edir, amma biz azad yaşamağa hazırıq, heç kim bizi dayandıra bilməz”-Maduro bildirib.

MilliYol.Az
Etiket:

loading...