Çərşənbə, 19 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Nazirlər Kabineti Aparatında yeni təyinat


Nazirlər Kabinetinin Aparatında yeni təyinat olub

APA-nın məlumatına görə, baş nazirin Katibliyinin rəisi təyin edilib.

Baş nazirin Katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olunub.

Qeyd edək ki, Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2006-cı ildə “Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləyib, 2015-ci ildən Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub.
Etiket:

loading...