Dr. Səbinə Mirzəyevadan xəbərdarlıq: Erkən nikahlar və qohum evliliklər təhlükəlidir 245 saylı məktəbdə nə baş verir? - Direktor təkzib edir, valdeyn isə... Müşviq Rəhimovun kürsüsü əldən gedir: Əlixan Zeynalovun böyük xəyalları reallaşacaqmı? Xocavənddəki kiçik məmura böyük ittiham: Rəfail Mustafayev milyonları necə qazanıb?
 

Nazir qızını sevən Azərbaycan aktyoru

Tarix 13.12.16, 12:30

Font ölçüsü : - / +
bitmap-img6

Bu gün Xalq artisti, aktyor Lütfəli Abdullayevin anım günüdür. MilliYol.Az Ramilə Qurbanlının “Nazir qızını sevən, yazıb-oxumağı bilməyən Azərbaycan aktyoru” yazısını təqdim edir.

 
Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o insanın halına ki, yarım əsr yaşaya, bir əsr tamam olanda isə onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.
 
Bu günlərdə onun 100 yaşı qeyd olunur.
 
Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.
 
Dahi Üzeyir bəy “Arşın mal alan” filminin çəkilişləri üçün aktyor truppasını yığanda iki obraza sınaq üçün heç kimin dəvət olunmasına icazə verməyib. “Gülçöhrə obrazını Leyla Bədirbəyli, Vəli rolunu Lütfəli Abdullayev oynayacaq” deyib.
 
Hə, söhbət Lütfəli Abdullayevdən gedir.
 
“Neynəsin yazıq, yetim oğlandır”
 
Yetim deyildi Lütfəli Abdullayev, bu ifadə onun obrazının dilindəndir sadəcə, “Əhməd haradadır?” filmindən.
 
Lütfəli Abdullayev 1914-cü il martın 22-də Şəki yaxınlığındakı Nuxa şəhərində Əmir kişinin ailəsində dünyaya gəlib. Əmir kişi ticarət adamı idi, İrandan bura, burdan da İrana mal aparıb-gətirərmiş, xüsusən də xalça-palaz. Anası evdar qadın olub. Ailədə 3 qardaş, 3 bacı idilər.
 
Lütfəli 14 yaşına qədər Şəkidə, ailəsi ilə birlikdə yaşayıb. Yeddiillik məktəb bitirib, sonra Şəki fəhlə-gənclər klubunda həvəskar aktyor kimi müxtəlif tamaşalarda oynayıb.
 
Sovetlərin qurulmasından sonra ticarəti əlindən çıxan Əmir kişi bu hökuməti qəbul edə bilmirdi, “bu hökumət üçün mən əlimi ağdan-qaraya vurmayacam” deyirdi. Bu səbəbdən də ailənin vəziyyəti xoş deyildi.
 
Lütfəli Bakını ağ günə doğru gedən qurtuluş yolu hesab edirdi. Bu yaşda uşağın təkbaşına paytaxta gəlməsi asan bir iş deyil. Taleyin işidir, bir gün Mərziyə Davudova və Əhməd Anatolu Şəkiyə qastrola gəlirlər. Qastrol tamaşasından sonra 13 yaşlı Lütfəli onlara yaxınlaşıb deyir ki, mən də sizin kimi aktyor olmaq istəyirəm. Əhməd Anatolu deyir ki, aktyor olmaq istəyirsənsə, Bakıya gəlib oxumalısan.
 
Bu fikirdən özündə güc tapan Lütfəli 14 yaşında gəlir Bakıya, Üzeyir bəyi tapır və arzusunu bildirir. Üzeyir bəy Hacıbəyov onun istedadını duyub konservatoriyaya götürür.
 
“Zülümov dedi, qurtardı…”
 
Lütfəli dayısı oğlu – Onkoloji İnstitutun direktoru olmuş professor Veysəl Abdullayevin evində qalır.
 
Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən valtorna sinfinin məşğələlərində iştirak edir. Eyni zamanda professor Berolskinin sinfində vokal sənəti ilə məşğul olur. Tale elə gətirir ki, bir müddət hətta Opera və Balet Teatrının xor truppasında oxuyur.
 
Sənət yolu beləcə başlayır, damla-damla, qətrə-qətrə. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə musiqili səhnə göstərir. Ongünlük ərəfəsində yaradılmış musiqili komediya ansamblı ilk sınaqdan uğurla çıxır. Moskva səhnəsində ifa etdiyi rollar 24 yaşlı gəncin böyük istedadını açıb qoyur ortaya.
 
O səbəbdən də 1939-cu ildən bünövrəsi qoyulan Musiqili Dram Teatrının ilk aktyorlarından olur Lütfəli Abdullayev. Onunla birgə Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli, Nəsibə Zeynalova, Bəşir Səfəroglu bu teatrın sütunları idi.
 
Bu kollektivdə indiki teatr truppalarında olmayan səmimiyyət, dostluq vardı. Xüsusən də Nəsibə Zeynalova ilə Lütfəli Abdullayev arasında.
 
Bir ara teatr bağlanır, həmin vaxt Lütfəli Abdullayev Dram Teatrında işləməli olur. Sonra teatr yenidən açılır və Lütfəli doğma teatra qayıdır. Artıq çox sevilən aktyor idi, daha çox teatr səhnəsində oynayardı, tamaşaçı ilə canlı ünsiyyətə üstünlük verərdi. Tamaşalar zamanı improvizələr etməyi çox xoşlayırdı Lütfəli Abdullayev. Xüsusilə də Nəsibə Zeynalova ilə birlikdə. Ancaq teatrın baş rejissoru Şəmsi Bədəlbəyli buna icazə vermirdi. Ondan həm çəkinir, həm də hörmət edirdilər.
 
Kinonu çox sevməzdi. Bu səbəbdən də cəmi 6 filmə çəkilib. “Arşın mal alan” filmi 1945-ci ildə ekranlara çıxan kimi Vəli roluna görə Stalin adına Dövlət Mükafatına (sonralar SSRİ dövlət mükafatı adlandı-R.Q.) layiq görülür. 1956-cı ildə Hüseyn Seyidzadənin “O olmasın, bu olsun”unda Baloğlan, 1960-cı ildə Ş. Şeyxovun “Qəribə əhvalat”ında Kefçilov, 1962-ci ildə Rəşid Atamalıbəyovun “Payız konserti”ndə konsert təşkilatçısı, 1963-cü ildə Adil İsgəndərovun “Əhməd haradadır” filmində Zülümov, 1964-cü ildə Ağarza Quliyevin “Ulduz”unda Məhəmməd kimi obrazlar yaradıb. “Mozalan”a isə çəkilməsi üçün Yuli Qusman bir həftə hər gün onlara gəlib-gedib, nəhayət Lütfəli Abdullayevi çəkilişə apara bilib. Lütfəli necə deyirdi, “Zülümov dedi, qurtardı…” Qusman isə “Yox, qurtarmadı…” cavabını verib.
 
Cümhuriyyət rəhbərinin qızını sevib, onlara 4 dəfə elçi gedib
 
Lütfəli Abdullayev təhsilsiz adam olub, yəni yazmağı-oxumağı belə bacarmırmış, çünki məktəbdə yaxşı oxumayıb. Bildiyi yalnız ərəb əlifbası olub. Kitab oxumağı heç sevməzmiş. Teatr və kino sənətindən də heç nə oxuya bilməyib, sadəcə bu adam fitri istedad sahibi idi, sənətin nə olduğunu Tanrı özü yazıb onun beyninə “yükləyib” elə bil. Rollarını əzbərləməkdə isə ona xanımı Sevda köməklik edirmiş. Söz ki Sevda xanımdan düşdü….
 
Sevda xanımla adi bir yeməkxanada tanış olublar. İncəsənət adamları həmin yeməkxanada pulsuz nahar edərmişlər o vaxt. Sevda xanım isə ora anası-Azərbaycanın ilk musiqişünas qadını, əməkdar incəsənət xadimi Xurşid Ağayeva ilə gələrmiş. İlk dəfə nahar masası arxasında görüşürlər. Aktyor Sevda xanımı “Ürəkaçanlar” tamaşasına dəvət edir. O gündən Sevda onun bütün tamaşalarına gəlməyə başlayır. Bu həm də bir sevgi hekayətinin başlanğıcı idi. Bir-neçə ay sonra gizli görüşlərin sorağı Sevdanın ailəsinə gəlib çatır. Lütfəli elçi göndərir. Sevda xanımın babası Həsən bəy Ağayev ADR parlamentinin sədri, atası Əhməd bəy Pepinov Azərbaycan Xalq Cümhuriyyətinin ilk əmək naziri olmuşdu. O, həm də Ömər Faiq Nemanzadənin bibisi qızı idi. Sevda xanımı nənəsi saxlamışdı. Külli-ixtiyar onun əlində idi. Elçilərin arasında Şəmsi Bədəlbəylini görən nənə çox qeyzlənir. “Sən Bədəl bəyin oğlusan, gör kimə görə gəlmisən mənim evimə? O, özü kimdi, nəsli-nəcabəti kimdi? Heç olmasa, Dram Teatrının aktyoru olaydı...”
 
Xədicə xanım nəvəsini aktyora verməkdən qəti imtina edir. Lütfəli 4 dəfə elçi göndərsə də qadın yola gəlmir ki, gəlmir. Sevda ilə Lütfəli düz 5 il gizli görüşür, ayrıla bilmirlər. Bir gün Lütfəli ona gizli kəbin kəsdirməyi təklif edir. Bəyzadə qızı buna razı olmur. Ayrılırlar. Sevdanı Hacımurad İbrahimbəyli adlı bir generala ərə verirlər. Lakin bu izdivacın ömrü cəmi 4 ay çəkir. Sevda qayıdır nənəsinin evinə.
 
Həmin müddətdə Lütfəli Abdullayev “Azdrama”da işləyirdi. Teatrın bufetində işləyən qadınla dövlət tərəfindən ona verilən evdə qeyri-rəsmi yaşayırdı. Turqut adlı bir oğlu da vardı. Turqut hazırda Rusiyada yaşayır.
 
Lütfəli Sevdanı unuda bilmirdi, amma kimdənsə ayrılan qızla evlənməyə də qərar verməyə çətinlik çəkirdi, həm də arada oğlu ziyan çəkə bilərdi.
 
Amma bir gün ürək öz hökmünü verir. 13 ildən sonra 44 yaşlı Lütfəli Sevda xanımın işlədiyi Xarici Dillər İnstitutunun qapısını kəsdirir. Sevda Pepinovanın 32 yaşı vardı. Bu izdivacdansa aktyorun iki qızı dünyaya gəlir – Xurşid və Gülnarə. Səhnədə komik rolların ifaçısı kimi tanınan Lütfəli Abdullayev ciddi ailə başçısı və tələbkar ata idi.
 
“Malakan” bağından qız tapıb
 
Çox kövrək adam olub. Qızları danışırlar ki, gecəyarısı qapını döyüb evə gələn qonağı evə dəvət edər, anamıza süfrə açdırırdı. Onları dinləyib, dərdlərinə şərik olub, sabah isə gedəcəkləri yerə yola salıb: “Anamız soruşanda ki, onlar kim idi, məlum olub atam heç o adamları tanımır. Deyib ki, onları tanımadığımı desəm, sən qonaqları heç qəbul etməzdin”.
 
Dusya adlı 16 yaşlı qızı “Malakan” bağından tapıb evə gətirib. Ona öz qızı kimi baxıb. Dusya da onu dünyalar qədər çox istəyirdi.
 
Yeməyi çox xoşlayırmış. Xörəyi çox vaxt əllə yeyirmiş. Evə heç vaxt tək gəlmirmiş. Hər gün evdə çoxlu qonaqlar olarmış. Xanımı adətkara çevrildiyindən mətbəx yemək qazanlarıyla dolu olurdu. Bəzən qoyun kəsilirmiş. Tamaşalardan sonra isə həftədə 3 dəfə Şəmsi Bədəlbəyli həyat yoldaşı və oğlu ilə birlikdə səhərədək onlarda oturardılar. Şəmsi Bədəlbəylinin eyvanından onların eyvan görünürmüş.
 
Şəmsi hər dəfə Lütfəligilə rayondan əlidolu gələn qonağı görən kimi tez telefona qaçırmış. Qonaq qapının zəngini basmağa macal tapmamış nömrəni yığıb deyirmiş: “Lütfəli görürəm ha, pendirdən, ətdən bura da göndər”. Lütfəli də özündən çıxır və deyirmiş: “Ay Şəmsi, qoy yaşayaq da”.
 
Lütfəli dünyasını dəyişəndən sonra Şəmsi Bədəlbəyli onun ailəsinə çox kömək olub.
 
Şəkəri varmış Lütfəli Abdullayevin. Həkim ona pəhriz yazıb. Aktyorsa “onsuz da gec ya tez öləcəm, qoy heç olmasa tox ölüm” — deyib.
 
Vida, yaxud güldürən ölüm
 
...O axşam Nəsibə Zeynalova ilə birlikdə Lütfəli Abdullayevi də Politexnik İnstitutuna görüşə dəvət etmişdilər. Saat 8-də evə qayıdır. Şam edəndən sonra telefon kitabçasını qabağına qoyub bir-bir tanışlarına zəng vurmağa başlayır. Şəmsi Bədəlbəyliyə azı on dəfə zəng edir. Şəmsi Bədəlbəyli axırda zarafata salıb deyir ki, ay Lütfəli, qoy televizora baxım da, nə istəyirsən e?! Axırıncı zəng etdiyi şəxs Bəxtiyar Vahabzadə olur. Deyir ona ki, Bəxtiyar, Mahmudun yanına gedəcəm, sözün varsa de çatdırım...
 
Əvvəl heç nə başa düşməyən Bəxtiyar Vahabzadə Mahmudun kimliyini soruşur. “Atan Mahmudu deyirəm də”, — deyə cavab verir
 
Gecə 1-ə işləmiş ürəyi tutur. Təcili yardım çağırırlar. Əvvəl elə bilirlər şəkər komasına düşüb. Şəmsi Bədəlbəyli Moskvaya zəng edir. Təyyarə ilə Kreml xəstəxanasına aparacaqdılar. Amma şəkər koması da deyilmiş. Beyninə qan sızıbmış. Azərbaycan teatrının musiqili klassiki, Şərqin Çarli Çaplini sayılan Lütfəli Abdullayev 1973-cü il dekabrın 9-da gözlərini əbədi yumur. Həmin gün Sevdasının doğum gününü qeyd etməli idilər. O gün həm Sevda, həm də Bakı Lütfəli Abdullayevlə vidalaşır.
 
Onunla vidalaşmağa yüzlərlə insan gəlmişdi. Soyuq, şaxtalı hava idi. Dünyadan köçərkən təbəssümü üzündə donmuşdu. Onun ölümünə ağlayan insanlar bunu görəndə qeyri-ixtiyari gülümsəyirdilər.
 
Beləcə böyük komediya aktyoru ölümü ilə də tamaşaçısına təbəssüm bəxş edə bildi.
 
Bu günlərdə onun 100 yaşı qeyd olunur.
 
Sənətə 14 yaşında gəlib, tez-tez səhnələrə çıxıb. 42 yaşında evlənib. 59 yaşında isə həyata əlvida deyib.
 
Həyat belədir də, bir göz qırpımı kimi. Xoş o, insanın halına ki yarım əsr yaşaya, amma bir əsr tamam olanda onun haqqında yazıla, danışıla və yubileyi qeyd oluna.

kulis.az



Xəbərin oxunma sayı : 2551

loading...

Mədəniyyət

Önəmli

Son xəbərlər

23 İYUN 2017

18:27 Prezident 3 milyon manat ayırdı

18:21 İlham Əliyevdən Ramazan təbriki

18:19 Rafael Cəbrayılov iş xanımının borcunu qaytarmır – Açıqlama

17:55 Dolların iyunun 29-na olan məzənnəsi açıqlanıb

17:40 “Silahlı Qüvvələrimiz bütün tapşırıqların öhdəsindən gəlməyə qadirdir”

17:33 “Danışıb kimisə pis vəziyyətdə qoymaq istəmirəm”

17:18 “Formula-1”: Maks Ferstappen hamını qabaqladı

17:12 Tarkanın Bakı bulvarından fotosu: “Azərbaycan üçün darıxmışam“

17:00 "Mərkəzi Bank "Bank Standard"da auditin aparılmamasına göz yumub"

16:33 Ucarda 11 yaşlı oğlan çayda batıb

16:20 İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

15:27 Çexiyanın Ermənistandakı səfirinin söylədiyi fikirlər araşdırılacaq

15:05 "Atəşkəsin pozulması status-kvonun davamsız olduğunu göstərir"

14:33 "Ordumuz bir həftə əvvəl düşmənə layiqli cavab verdi"

14:12 Zərərçəkən Maqsud Mahmudov Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edib

13:26 “Rəsmi Kiyevə ölümcül silahlar verilsin“ - 8 tələbdə başqa nələr var?

13:20 Azərbaycan prezidenti Kosta Rika XİN rəhbərini qəbul edib

13:10 İxrac mallarına görə vəsaitləri ölkəyə gətirməyənlər üçün “qırmızı kanal” sistemi tətbiq olunacaq

12:20 Sabah Bakıda 29 dərəcə isti olacaq

12:18 “Əmək pensiyaları haqqında” qanunun tətbiqində problem olmayacaq”

12:12 Nəqliyyat və telekommunikasiya qurumları gücləndirilmiş iş rejiminə keçi

11:50 "Bu yayın ən yaraşıqlı bəy və gəlini"

11:38 "Atam ikinci arvadını evimizə gətirdi"- "Banu"nun Güneli

11:33 Azərbaycan Ordusunun şərəfinə yeni medal təsis olunur

11:15 Ərəb ölkələrindən Qətərə qarşı 13 tələb –Dohaya 10 gün vaxt verildi

11:05 Ramazan tətili başlayır

10:34 “Müəyyən vəzifələrdə yoxsul insanların çalışmasını istəmirəm”

10:18 Prezident İlham Əliyev Şirvan şəhərinə səfər edib

10:12 "Formula-1" Azərbaycan Qran-prisi start götürür

22 İYUN 2017

17:50 Putin məzarlıqda leysana düşdü

17:44 Qubad ibadoğlu: “Manat nədən möhkəmlənir?”

17:30 Trampın müşavirləri Fed-ə yeni sədr istəyir

17:24 Dolların sabaha olan məzənnəsi açıqlanıb

17:15 2017-ci il dövlət büdcəsinə yenidən baxılmasının səbəbləri açıqlanıb

17:05 Azərbaycan aclıq təhlükəsi ilə üzləşən dörd ölkəyə yardım edib

16:55 Belçikalı senator “qara siyahı”ya salınacaq – XİN araşdırma aparır

16:40 Azərbaycanda bayram namazı ilə bağlı qeyri-müəyyənlik - açıqlama

16:33 400 minlik toyu ilə gündəmə gələn Aysel “Lider“də aparıcılıq edəcək?

16:12 Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təsdiqlənib

15:35 “Magistraturaya plan yerləri 80.92% dolub“

15:23 Yaxın Şərqin ən güclü lideri olmaq istəyən 31 yaşlı qorxulu və çılğın siyasətçi taxt-taca necə varis oldu?

15:10 Eldar Əzizov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

14:50 lham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

14:40 Lapşinin məhkəməsinin baxış iclası iyunun 30-na təyin edilib

14:20 2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

14:15 "Azərbaycan və Moldova arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində yaxşı potensial var"

12:50 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

12:44 “Həmsədrlərin son bəyanatı Rusiya XİN-in mövqeyini tam əks etdirir”

12:27 Hesablama Palatası dövlət büdcəsinə dəyişikliyi nəzərdə tutan qanun layihəsinə rəy verib

12:15 “Ailə TV”nin ofisinə silahlı basqın – Seyfi apardılar

12:05 “Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar“

11:44 Əhəd Abıyevin Gürcüstan sevgisi

11:30 Tağı Əhmədov:“3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur”

11:12 Manatı yeni devalvasiya gözləyirmi? – Mərkəzi Bankdan açıqlama

10:50 Moldova prezidenti İqor Dodonun rəsmi qarşılanma mərasimi olub

10:34 Bakıda 17 və 18 yaşlı qızlar itkin düşüb

10:30 “Şimal axını-2” kiməsə qarşı yönəlməyib – Putin

10:24 Lənkəranda intihar – 64 yaşlı kişi özünü asdı

10:18 Fitrə zəkatının həcmi nə qədərdir? - QMİ açıqladı

10:12 Mərkəzi Bank uçot dərəcəsinin aşağı həddini 10%-ə endirib

10:06 MN: Ermənistana məxsus PUA məhv edilib

21 İYUN 2017

18:21 Prezident bu şagirdlərin adını “Qızıl kitab”a saldı

18:19 İlham Əliyev bu şəxsləri təltif etdi

13:05 Sabah leysan yağacaq, dolu düşəcək

12:50 Məleykə Əsədovaya ev verən keçmiş məmur: “Dedilər ki, ona sponsorluq edim“

12:15 “QMİ tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur”

10:35 Liviya sahillərində miqrant faciəsi- 126 nəfər itkin düşüb

10:30 “Qara bazar”da dollar neçəyədir?

10:24 Prezident Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib

10:18 Qərbi Azərbaycan əyalətində İŞİD-in 40 casusu tutuldu

10:12 Ana öldürüldü, qızı yaralandı – Evə basqın

10:05 Müdafiə Nazirliyi: Düşmənin təxribat qrupunun üzvü ələ keçirilib

20 İYUN 2017

18:40 Prezident 4 nəfərə general rütbəsi verdi (SİYAHI)

18:21 Prezident dini qurumlara maliyyə yardımı ayırdı

17:55 Sabah Bakının iki rayonuna su verilməsində məhdudiyyətlər olacaq

17:40 Neftin qiyməti 7 aylıq minimuma düşdü

17:33 Xəzər dənizində zəlzələ baş verib –4 bal

17:20 Həbs edilən iranlılar kimdir: diversant, yoxsa balıqçı? –Körfəzdə daha bir gərginlik

17:12 İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

17:05 Dollar neçəyə olacaq? –Mərkəzi Bank yeni məzənnəni açıqladı

16:50 “Apreldə də yarış keçirə bilərik“ - Nigar Arpadarai

16:38 Atambayev Putinə dedi: “Bizə siyasi oyunlar lazım deyil”

16:33 İstanbulda partlayış: yaralı var

16:24 “Dostlarımın mənə münasibəti dəyişdi“ - Natavanla nişanlanan Dado

16:18 İstanbuldan Kazana uçan təyyarəni ildırım vurdu

16:12 2017-ci il üzrə dövlət büdcəsinə yenidən baxılacaq

16:05 Dövlət qulluğuna qəbulla bağlı müsahibələr ödənişsiz olacaq

15:55 Qətər diplomatları ölkədən qovur - 48 saat vaxt verildi

15:50 1500-dən çox müəllimin iş yeri dəyişdirilib

15:44 Merkelin britaniyalılara ürəyi yumşalıb

15:39 Prezident İlham Əliyev Almaniyanın Bakıdakı səfirliyində olub

15:33 AZAL 4 “Boenig 787-Dreamliner” təyyarəsi alır – 918 mln. dollara

15:20 Şengen vizası ilə bağlı dəyişiklik –Avropa İttifaqı qərar verdi

15:12 İpoteka kreditlərinə çıxış imkanları sadələşdirilib

15:05 Azərbaycansayağı faşizm – Seymur Baycan yazır...

14:50 Həştərxanda Leyla Əliyevanın adından iftar süfrəsi açılıb

14:45 ABŞ İranın Latakiyaya “kürd dəhlizi”ni bağlayır

14:40 “Həmsədrlərinin substantiv danışıqları davam etdirmək barədə çağırışını dəstəkləyirik”

14:33 İnflyasiyada azalma əlaməti yoxdur

14:28 İyulun 1-dən müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu başlayır

14:22 Tolikdən Şəbnəmə sərt sözlər:“Hələ çox balacasan...“

14:15 “Bu gün 32 dövlət əmlakı özəlləşdirilib“

14:10 Bugünkü valyuta hərracında dollar ucuzlaşıb

13:55 Bakıda evdən 40 min manatlıq qızıl oğurlayan şəxslər tutulub

13:50 2018-ci il Formula 1 Azərbaycan Qran Prisinin vaxtı məlum oldu

13:45 Sabah yenə şimşək çaxacaq, yağış yağacaq

13:40 “Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır” – Nazir

13:33 Türkiyə-İran sərhədində partlayış – İki Azərbaycan vətəndaşı yaralanıb

13:20 “Nazir dedi ki,işin içindən hörmətli adamın adı çıxır …” - Çovdarovdan maraqlı ifadə

12:48 “İşğal altındakı torpaqlarımıza turist axını olması qeyri-mümkündür”

12:44 Prezident İlham Əliyev Helmut Kolun vəfatı ilə əlaqədar başsağlığı verib

12:38 Masallıda silsilə oğurluqlar edən dəstə yaxalandı

12:33 “Bu, necə müsəlmançılıqdır?!” – Əli Həsənovdan İrana

12:20 Ermənilərin Mil-Muğan Hidroqovşağını partlatmaq istədilər

12:12 57088 şagird imtahan verəcək –DİM-dən xəbərdarlıq

12:05 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı - Londonda dəhşət

11:55 MN: Təlimlərdə qoşunlar döyüş tapşırıqlarını icra edir

11:45 “İyun üzrə pensiya ödənişləri Ramazan bayramınadək başa çatacaq“

11:40 “Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular”

11:34 KİV: Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir



loading...
Kosmosu fəth edən ilk qadın: Xuruşovun təbliğat məqəsədli evlilik planı (DOSYE)


Valentina Tereşkova kimdir?
Milyard dollarlıq dahi türk kimdir?

2016-cı ildə Forbes jurnalı İzmirdə doğulan Robert Kollec məzunu və San Dieqo mərkəzli 12 milyard dollar dəyərindəki biotexnologiya şirkəti Samumedin qurucusu və CEO-su iş adamı Osman Kibarı da dünyanı dəyişdirən 30 insan arasına salaraq jurnalın üz qabığına yerləşdirmişdi.
Tanınmış azərbaycanlı jurnalistin karyerası bitdi

Tanınmış jurnalist Kənan Quluzadə jurnalistikadakı fəaliyyətinə son qoyduğunu açıqlayıb.
“Space TV“də keçmiş ANS-çilər arasında qalmaqal

Space TV-nin xəbərlər departamentinə yeni baş redaktor təyin edilib.
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016