Bu gün Azərbaycanı Saxalin vilayətində təmsil edən diaspor rəhbəri Nazir Hətəmov yenigundem.az xəbər portalının baş redaktoru Təbriz Məhərrəmoğlu ilə birlikdə Pəncəli Teymurovu ziyarət edib.
MilliYol.Az xəbər verir ki, onlar şəhidin ailə üzviləri ilə birlikdə ziyarət edərək önünə gül dəstələri qoyublar.
Nazir Hətəmov mütamadi olaraq bütün şəhidlərimizi Bakıda və bölgələrdə ziyarət edir, ailələrinə baş sağlığı verir
Qeyd edək ki, bu gün şəhid Pəncəli Teymurovun toy günüdür. Pəncəli Teymurov 1981-ci ilin 24 mart günündə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnmiş və hərbi hissənin ən mahir kəşfiyyatçısı olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenic yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyattçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib. Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub.
Fotolar
Digər xəbərlər
loading...